veten informasiya agentliyi

“Aqrar sektorun inkişafında qadınların töhfəsi” mövzusunda konfrans keçirilib

Tarix:16-10-2022, 11:40
Baxış Sayı:347

“15 Oktyabr – Beynəlxalq Kənd Qadınları Günü”nə həsr olunmuş “Aqrar sektorun inkişafında qadınların töhfəsi” mövzusunda konfrans keçirilib. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Nazirliyin Mərkəzi Aparatının nümayəndələri, Azərbaycan Kənd Qadınları Assosiasiyasının üzvləri və qadın fermerlər iştirak edib.
Konfransı giriş sözü ilə açan nazir müavini İlhamə Qədimova ölkəmizdə kənd təsərrüfatına göstərilən diqqət və qayğı, fermerlərə yaradılan əlverişli şərait barədə məlumat verib. Bildirib ki, son illər ölkədə aqrar sektora dövlət tərəfindən dəstək tədbirləri genişləndirilir. Həyata keçirilən tədbirlər aqrar sahənin inkişafına və bölgələrdə əhalinin məşğulluğunun artmasına səbəb olub. Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahənin inkişafı, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyətini dəstəkləyir.
Tədbirdə çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak isə öz növbəsində qadınların rəhbərlik etdiyi müəssisə və təşkilatların inkişaf etdirilməsi, qadınların iqtisadi həyatda iştirakının təmin edilməsi, kənd yerlərində aqrar iqtisadi fəaliyyətlərin dəstəklənməsi, biznesə dəstək xidməti üçün potensialın gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva əlavə edib ki, ölkəmizdə kənd qadınlarının sahibkarlıq fəaliyyətində iştirakının təmin edilməsi və bacarıqlarının artırılması məqsədilə silsilə tədbirlər həyata keçirilir. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə danışıblar.
Tədbirin sonunda “15 Oktyabr – Beynəlxalq Kənd Qadınları Günü” ilə əlaqədar 41 qadın fermerə fərman və təşəkkürnamələr təqdim edilib.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi