veten informasiya agentliyi

“Narkomandırsa, fəaliyyəti niyə dayandırılmasın?” - İcra başçısı

Tarix:22-12-2016, 14:15
Baxış Sayı:955

“Narkomandırsa, fəaliyyəti niyə dayandırılmasın?” - İcra başçısı

















Tərtər rayonunda idman klublarının fəaliyyəti qadağan edilib.

Redaksiyamız xəbər verir ki, modern.az-ın yaydığı məlumata görə, bu haqda rayon sakinləri bildirib. Xəbərə görə, Tərtər rayonunda fəaliyyət göstərən idman federasiyaları, idman klublarının fəaliyyəti dayandırılıb və bu haqda göstəriş icra başçısı tərəfindən verilib.

Məsələ ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sayta bildirib ki, İcra Hakimiyyəti belə məsələləri tənzimləmir: “Ola bilər ki, rayonda qanunsuz fəaliyyət göstərən klublar olub və onların fəaliyyəti dayandırılıb. Necə ki, bu yaxınlarda rəhbəri narkoman olan idman klubu bağlandı. Həmin klub 8 il idi ki, fəaliyyət göstərirdi. Amma onun da bağlanmasını biz icra etmədik. Bu sırf hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir. Adam narkomandırsa, onun fəaliyyəti necə dayandırılmasın ki?”.

M.Məmmədov orta məktəblərdə əlavə idman dərslərinin keçirilməsinin məhdudlaşdırıldığını etiraf edib: “Məktəb təhsil üçündür. Eyni zamanda kimlərsə də orta məktəblərdə hansısa otaqlarda özü üçün idman dərsləri keçib pul qazanmaq istəyirsə, bu, yolverilməzdir. Kiminsə təhsil müəssisəsinə göstəriş vermək ixtiyarı yoxdur ki, filankəs orada idman dərsləri keçsin”.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?