veten informasiya agentliyi

Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar bu dəstək layihəsindən də yararlana biləcək

Tarix:28-10-2020, 08:00
Baxış Sayı:751


Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar bu dəstək layihəsindən də yararlana biləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədilə kommersiya banklarının icra etdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə müraciətlərin qəbulu davam edir.

Layihədə aztəminatlı ailələrin üzvləri, məcburi köçkünlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslərlə yanaşı, şəhid ailəsi üzvlərinə də üstünlük verilir.

Məqsəd aztəminatlı əhali qruplarının kiçik sahibkarlığa çıxışına şərait yaratmaqla gəlir imkanlarının artırılmasıdır.

Layihədən yararlanmaq üçün Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin məşğulluq layihələri üzrə vahid onlayn qeydiyyat sistemi (https://forms.gle/bJ4uBBB8fNPFeYyc9) olan “Layihələr üzrə müraciət forması”na daxil olaraq qeydiyyatdan keçmək olar. Layihəyə qoşulmaq üçün e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə də müraciət etmək mümkündür.

2020-ci il ərzində 1000 nəfər işsiz şəxs üçün bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması nəzərdə tutulub. Onlardan artıq bir hissəsinə banklar tərəfindən aktivlər verilib və bu proses davam edir.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi