
Dövlət Miqrasiya Xidmətinin (DMX) kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüb.
DMX-dən Xeberleragentliyi.com a bildiriblər ki, Xidmətin bütün əməkdaşları Ali Baş Komandanın rəhbərliyi ilə tariximizdə yeni bir şanlı səhifə yazan, qürur mənbəyimiz olan ordumuza haqq yolunda yeni zəfərlər arzulayır.