veten informasiya agentliyi

Səhiyyə Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyul ayı üzrə müddətli əlavələr ödənilib

Tarix:17-09-2020, 13:23
Baxış Sayı:638

Səhiyyə Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyul ayı üzrə müddətli əlavələr ödənilib
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən iyul ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilmişdir.



Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 993 tibb işçisinə vahid tarif (vəzifə maaşının) 5 misli həcmində 1.36 mln manat vəsait ödənilmişdir. Bu tibb işçiləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının, Bakı Sağlamlıq Mərkəzinin, Respublika Psixiatriya xəstəxanasında yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri olmuşdur.



Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 166 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 4 misli həcmində 298 min manat vəsait ödənilmişdir. Bu işçilər bioloji yaxmanın laborator müayinəsi ilə məşğul olan Xüsusi Təhlükəli infeksiyalara Nəzarət Mərkəzi və onun regional bölmələri, eləcə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyinin işçiləri olmuşdur.



Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1076 işçiyə vahid tarif (vəzifə) maaşının 3 misli həcmində 755 min manat vəsait ödənilmişdir. Bu işçilər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon və şəhər gigiyena və epidemiologiya mərkəzinin, Bakı şəhər Dezinfeksiya Mərkəzinin, Sanitar Karantin Mərkəzinin tibbi profilaktik tədbirləri həyata keçirən həkim, orta tibb heyəti, o cümlədən dezinfektorlar və digər işçilər olmuşdur.



Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilmişdir.



Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən avqust ayı üzrə də müddətli əlavələrin ödənilməsinə başlanılır.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi