veten informasiya agentliyi

Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK

Tarix:9-09-2020, 06:52
Baxış Sayı:542

Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib və bununla da Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin qurumun sədri vəzifəsindən azad edilməsi rəsmiləşib.

Bu, son günlər həm siyasi çevrələrdə, həm də mətbuatda və sosial şəbəkələrdə personası ətrafında müzakirələr gedən 82 yaşlı Ramiz Mehdiyevin uzaqlaşdırıldığı ikinci komissiyadır.

Belə ki, bir neçə gün öncə - Prezidentin 3 sentyabr 2020-ci il tarixdə imzaladığı fərmanla Ramiz Mehdiyevin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri vəzifəsindən də kənarlaşdırılması rəsmiləşmişdi.

Modern.az-ın məlumatına görə, yəqin ki, AMEA prezidentinin daha bir neçə vəzifədən kənarlaşdırılması rəsmiləşəcək.

Bunlardan biri Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının sədri, digəri isə Prezident yanında Heraldika Şurasının sədri postlarıdır. Prosedura görə, hər iki qurumun sədri Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutan şəxs olmalıdır.

Ramiz Mehdiyev isə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarıldığına görə, onun bu iki qurumun da sədrliyindən uzaqlaşdırlması rəsmiləşdirilməlidir.

Ramiz Mehdiyev hazırda həm də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür.

Bundan başqa, onun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmaqla yanaşı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1999-cu ildən fəaliyyət göstərən Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini tutduğu da məlumdur.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi