veten informasiya agentliyi

Konstitusiya Məhkəməsi müraciət etdi, Milli Məclisdə işçi qrupu yaradıldı

Tarix:7-09-2020, 14:24
Baxış Sayı:598

Konstitusiya Məhkəməsi müraciət etdi, Milli Məclisdə işçi qrupu yaradıldı




Sentyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə sədri Tahir Mirkişili Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli qərarından danışıb.


Həmin qərar ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərracın baş tutmamış elan edilməsi ilə bağlıdır. Bu halda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının adı çəkilən qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.

Bu məqsədlə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən Mülki və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının tənzimlənməsi məqsədi ilə işçi qrupu yaradılıb.

İşçi qrupun tərkibinə komitə sədri Tahir Mirkişili, komitənin üzvləri Əli Məsimli, Mahir Abbaszadə, Vüqar Bayramov, Elnur Allahverdiyev, habelə İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Azərbaycan Banklar Assosiasiyasının, Respublika Xammal və Əmtəə Birjasının nümayəndələri daxildirlər.

İşçi qrupun ilk iclasında yuxarıda adı çəkilən məcəllələrin və qanunların müvafiq müddəalarının tənzimlənməsi, təkmilləşmə işinin aparılması ilə bağlı müzakirələr keçirilib.

Deputatlar və dəvət olunmuş mütəxəssislər öz çıxışlarında adları çəkilən sənədlərdə mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılması, o cümlədən sahibkarlara dövlət dəstəyinin əhəmiyyəti ilə bağlı fikirlərini açıqlayıb, rəy və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda qeyd edilib ki, səsləndirilən təkliflər toplanaraq müvafiq qanunların təkmilləşməsində istifadə edilmək üçün nəzərə alınacaq.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi