veten informasiya agentliyi

“Aİ-95” markalı benzinin qiymətinin artması avtomobillərin bahalaşmasına səbəb olacaq?

Tarix:1-07-2020, 10:39
Baxış Sayı:820

“Aİ-95” markalı benzinin qiymətinin artması avtomobillərin bahalaşmasına səbəb olacaq?

“Azərbaycanda “Aİ-95” markalı benzinin qiymətinin artmasının avtomobillərin bahalaşmasına da səbəb olacağını düşünmürəm”.

Bu barədə Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

Onun fikrincə, “Aİ-92” markalı benzinin qiyməti qalxsaydı, dərhal avtomobil bazarına təsir edəcəkdi:

“Ancaq “Aİ-95” markalı benzindən ölkəmizdə geniş istifadə edilmədiyinə görə qiymət artımının avtomobil bazarına təsiri olmayacağını söyləmək olar”.

Maşın bazarında vəziyyətə gəlincə isə V.Hüseynov bildirib ki, hazırda aktivlik, demək olar ki, yox dərəcəsindədir:

“Əvvəllər daha çox dəyişilən avtomobillər 10-15 min manat civarında olan avtomobillər idi. Bu avtomobillər isə daha çox taksi fəaliyyəti, iş üçün istifadə olunurdu. Hazırda taksi fəaliyyəti üçün nəzərdə tutulan avtomobillərin satışında artım müşahidə olunmur. Bildiyiniz kimi, karantin rejimi tətbiq olunur və taksilər icazəli şəkildə müəyyən fəaliyyət göstərirlər.

Lakin taksi fəaliyyəti göstərməyən və 15-20 min dəyərində avtomobili olan bəzi insanlar düşünür ki, avtomobili fəaliyyətsiz dayandırmaqdansa, bazara çıxarsın, lakin ümumilikdə karantin rejimi səbəbindən bazarda alıcı da yoxdur və avtomatik olaraq təklif tələbi üstələyir.

Normalda təklif tələbi üstələyəndə qiymət azalması olmalıdır. Ancaq hazırda alıcı olmadığına görə qiymət nə azalır, nə artır”.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi