veten informasiya agentliyi

Polisə gül atanlardan biri danışdı – “Allah bəlanızı versin”

Tarix:25-06-2020, 10:52
Baxış Sayı:793

Polisə gül atanlardan biri danışdı – “Allah bəlanızı versin”

Yasamalda eyvana çıxaraq mahnı oxuyub polisə gül atanlar sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

Yenisabah.az xəbər verir ki, hadisə dünən baş verib. Bir qrup vətəndaş Yasamal rayonunda polisə dəstək ifadə etmək üçün eyvandan mahnı oxuyaraq asayiş keşikçilərinə gül atıb. Onların videosu “Sakinlər balkonlardan polisə gül atdı” qeydi ilə sosial şəbəkələrdə paylaşılıb.

Lakin bunun üzərindən qısa müddət keçdikdən sonra bəlli olub ki, həmin şəxslər sıravi vətəndaş yox, müxtəlif musiqi yarışmalarının qalibidirlər. Konkret olaraq Elsevər Muradovla Gülnar Qüdrətli muğam müsabiqəsinin, Ruzi və Günay “Xalq ulduzu” layihəsinin laureatlarıdır. Digərlərinin də musiqiçi olduğu bildirilir.

Bundan sonra sosial şəbəkədə həmin şəxslərin fotolarını paylaşaraq tənqid atəşinə tutublar.

Nəhayət onlardan bir – Nigar Rəhimova onlara ünvanlamış tənqidləri cavablandırmaq qərarına gəlib. O sosial şəbəkədə yazıb: “Allah bəlanızı versin, bizi başa düşməyib şəkillərimizi hörmətsizləşdirib paylaşanlar, ölüb yerə girirsiniz heç? Heç utanırsınız? “Vətən”, “xalq”, “yaşa” demişik! Kimə pislik etmişik? Kimin evini yıxmışıq axı? Allah bəlanızı versin! Məni tanıyanlar tanıyır! Dövlət orqanları sizlərlə bağlı ölçü götürəcək, bunu belə bilin, vəssalam!!!”

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır