veten informasiya agentliyi

Masallıda 3 qız itib- YENILƏNİB

Tarix:20-06-2020, 07:26
Baxış Sayı:750

Masallıda 3 qız itib- YENILƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Cenub.az saytının məlumatına görə, 10, 14 və 16 yaşı olan bu qızlar Bakıda yaşayan, Şərəfə kəndindən olan şəxslərin övladlarıdır və kəndə qonaq gəliblər. Axşam saatlarında həmin qızlar Bakıya qayıtmağa qərar veriblər.

Onların qonaq qaldığı yer Ələt-Astara yolunun yaxınlığında yerləşib. Qızlar yola çıxaraq Bakı istiqamətinə gedən bir "KamAZ" maşınına miniblər.

Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən qızlar həmin maşında aşkarlanıb və valideynlərinə qaytarılıb.

Bu barədə anews.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal nazirliyin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi