veten informasiya agentliyi

İctimai TV-nin bölgə müxbiri hücuma məruz qalıb

Tarix:9-06-2020, 14:07
Baxış Sayı:793

İctimai TV-nin bölgə müxbiri hücuma məruz qalıb


İctimai Televiziya və Radio Yayımları Şirkətinin bölgə müxbiri Şöhrət Eyvazov Bərdə rayonunda pandemiya ilə bağlı süjet edən zaman hücuma məruz qalıb.

Telekanaldan Trend-ə bildirilib ki, rayondakı apteklərin birində maskalarla bağlı vəziyyəti araşdırmaq üçün çəkiliş aparmağa aptekə daxil olan Ş.Eyvazova anidən aptek sahibi hücum edib. Çəkilişi əngəlləməyə cəhd göstərən aptek sahibi tərəfindən Ş.Eyvazova və İctimai Televiziyanın əmlakına ziyan dəyib.

Zərərçəkmiş tərəfindən Bərdə rayon Polis İdarəsinə ərizə ilə müraciət edilib. Hazırda faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, uzun illərdir İctimai Televiziya ilə cəbhə bölgəsi üzrə əməkdaşlıq edən Şöhrət Eyvazov Qarabağ müharibəsi veteranı və ehtiyatda olan zabitdir.

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır