veten informasiya agentliyi

SON DƏQIQƏ: Bu rayona Daxili Qoşunlar yeridildi...

Tarix:21-05-2020, 12:29
Baxış Sayı:829

SON DƏQIQƏ: Bu rayona Daxili Qoşunlar yeridildi...


Via.az APA-ya istinadla bildirir ki, Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, məhəllə sakinləri tərəfindən onları asayişi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atılıb. Nəticədə bir nəfər polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb: “Həmin faktla əlaqədar Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanılıb. Hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Başlanan cinayət işi üzrə isə artıq bir nəfər tutularaq məsuliyyətə cəlb olunub”.

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır