veten informasiya agentliyi

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Samirə Musayeva kimdir? - DOSYE

Tarix:14-05-2020, 14:17
Baxış Sayı:770

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Samirə Musayeva kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.

Anews.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin Fərmanı ilə Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, 1985-ci ildə anadan olan Samirə Musayevanın sonuncu iş yeri Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsi olub.

2008-ci ildən – 23 yaşından Vergilər Nazirliyində çalışan Samirə Musayeva 2003-cü ildə orta təhsilini başa vuran Samirə Musayeva, həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2007-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.


Daha sonra o, 2007-2009-cu illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində magistr təhsili alıb. Samirə Musayeva, magistr təhsilinidə fərqlənmə diplomu ilə bitirib.
2007-ci ildə ali təhsilini başa vuran Samirə Musayeva, həmin ildəcə sənədlərini yeni yaradılan Bakı Apelyasiya Məhkəməsinə verib. 22 yaşında Bakı Apelyasiya Məhkəməsi sədrinin köməkçisi vəzifəsinə qəbul olunub. Bu vəzifədə 6 ay çalışdıqdan sonra Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə hüquqşünas kimi işə qəbul olunub.

2 il sonra - 2010-cu ildə Samirə Musayeva Vergilər Nazirliyi Hüquq Baş İdarəsinin rəis müavini, 2011-ci ildə isə Vergilər Nazirliyi Hüquq Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Samirə Musayeva "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.

2016-cı il fevralın 5-də Samirə Musayeva Vergilər Nazirliyi Vergi siyasəti və Strateji araşdırmalar Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.


2017-ci ildən isə Vergilər Nazirliyi Vergi siyasəti və Strateji araşdırmalar Departamentinin baş direktoru olub.yeniavaz.com

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?