veten informasiya agentliyi

UWW prezidenti Azərbaycana tövsiyələrini verdi

Tarix:12-05-2020, 13:47
Baxış Sayı:642

UWW prezidenti Azərbaycana tövsiyələrini verdi

Koronavirusun bütün dünyada yayılması ciddi fəsadlara yol açıb. COVID-19 virusunun daha çox insana yoluxmaması üçün bütün kütləvi tədbirlər, o cümlədən idman yarışları təxirə salınıb. Bəzi turnirlər isə ləğv edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan etdikdən sonra Dünya Güləş Birliyi (UWW) də problemə həssas yanaşaraq, bütün yarışları iyulun 1-dək təxirə salıb. Bunların arasında lisenziya turnirləri, eləcə də yeniyetmə və gənclər arasında Avropa çempionatları var.
UWW-nin prezidenti Nenad Laloviç yerli federasiyalar və qurumun İcraiyyə Komitəsinin üzvləri ilə veb-konfrans təşkil edərək, koronavirusun güləşə təsiri və növbəti addımlarla bağlı müzakirələr aparıb.
Bu müzakirələrdə UWW-nin büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev də iştirak edib. Vebinarda qeyd olunub ki, pandemiya ilə əlaqədar olaraq, Tokio Olimpiadası da daxil olmaqla, bütün yarışlar təxirə salınıb, idmançıların məşqləri dayandırılıb. Büdcə və investisiyalar, ofis fəaliyyətinin dayandırılması, işlərin 50 faiz məhdudlaşdırılması və s. ilə bağlı qərarlar qəbul olunub. Onlayn təhsil proqramları isə iyunda hazır olacaq.
UWW yerli federasiyaları yeniliklərlə bağlı ölkələrini məlumatlandırmağa çağırıb. Beynəlxalq yarışlardan əvvəl regional turnirlərin məhdud sayda ölkələrin iştirakı ilə keçirilməsi tapşırığı da verilib.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi