veten informasiya agentliyi

“Səni tutacağıq” - Yaxını həbs olunan köçkündən merə (Video)

Tarix:25-04-2017, 12:03
Baxış Sayı:624

“Səni tutacağıq” - Yaxını həbs olunan köçkündən merə (Video)
















24 apreldə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan məcburi köçkünlər yolu bağlayıblar

Köçkünlər 90-cı illərin əvvəllərində yerləşdikləri yarımçıq binadan çıxarılmalarına etiraz ediblər. Bir neçə vətəndaş 5 köçkün ailəsini məhkəməyə verərək, evlərin onlara məxsus olduqlarını bildirib. Köçkünlər isə yeni mənzillə təmin olunmadan yerləşdikləri mənzillərdən çıxmaq istəmirlər.

Suraxanı rayon Məhkəməsi köçkünlərin əşyaları ilə birlikdə evdən çıxarılmasına qərar verib. Köçkünlərin səbrini daşıran isə icra məmurunun qərardan şikayətçi olan köçkün Mikayıl Əhmədovu 15 sutkalıq həbs etdirməsi olub.

Ölkə başçısı İlham Əliyev 2004-cü ildə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı sərəncamı ilə təsdiq edib. Sərəncama görə, 1992-1998-ci illər ərzində köçkünlərin müvəqqəti məskunlaşdıqları ünvanlardan dövlət tərəfindən yeni ünvana köçürülmədən çıxarılması yolverilməzdir. Köçkünlər dövlət qurumlarının bu sərəncama məhəl qoymadıqlarını bildiriblər.

Meydan TV-nin məlumatına görə, məcburi köçkünlər yolu bağlayandan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Suraxanı rayonu 32-ci polis bölməsinin rəisi Həsən Abdullayev və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov hadisə yerinə gəlib.

Abutalıbov həbs edilən şəxsin qohumlarını xidməti maşınına dəvət edərək məsələni araşdırmaq üçün məhkəməyə aparıb. Sakinlərdən biri isə merə "Olmasa, səni tutacağıq. O, çıxmasa səni tutub salacağıq içəri”, -deyə cavab verib.


Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Bu şəxslərin pensiyaları artacaq
Bu şəxslərin pensiyaları artacaq
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub
İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub
Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı
Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı