veten informasiya agentliyi

DTX-nin saxladığı rəis bu şəxslərə şərt qoyubmuş - FOTO

Tarix:9-05-2020, 12:19
Baxış Sayı:547

DTX-nin saxladığı rəis bu şəxslərə şərt qoyubmuş - FOTO

Məlum olduğu kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

İlkin məlumata görə, əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirliyin Mədəniyyət Baş idarəsinin rəisi Cəlil Məlikov da var.

Qafqazinfo-nun məlumatına görə, Cəlil Məlikov vəzifə təklifi ilə əlaqədar bir çox mədəniyyət işçiləri ilə dəfələrlə təkbətək görüşlər keçirib. Belə ki, C.Məlikov həmin şəxslərə bölgələrdə və Bakı ərazisində fəaliyyət göstərən mədəniyyət evlərində rəhbərliyə gətirilmə ilə bağlı müəyyən vədlər verib. Qarşılığında isə onlara şərt qoyub.


Belə ki, direktor seçiləcək incəsənət xadimi təyin olunduğu idarənin bütün təmir işləri ilə bağlı maliyyə məsələlərini öz üzərinə götürməli imiş. 

Bu təkliflə razılaşan tanınmış simalar az deyil, onların arasında artıq sözügedən vəzifələrə təyin olunanlar da var. 

Məlum olub ki, C.Məlikov hesabatlarında təmirə ayrılan vəsaitlərin nazirliyin büdcəsindən xərcləndiyini qeyd edib.

Xatırladaq ki, ötən gün nazirlikdə əməliyyat aparılan zaman nazir Əbülfəs Qarayev də binada olub. C.Məlikovdan başqa, nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətovun saxlanıldığı bildirilir. 

[medium=left]http://sheffaf.az/uploads/posts/2020-05/1589012319_celal11.jpg[/medium]

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır