veten informasiya agentliyi

Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Tarix:8-04-2020, 11:49
Baxış Sayı:1 135

Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Ucar rayonunda 65 yaşından yuxarı insanlara köməkliklər, dezinfeksiyaedici tədbirlər və insanlar arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir

“Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, poliklinika şöbəsinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin inzibati binaları və 2 ədəd təcili yardım maşını, Beton zavod yaşayış qəsəbəsində yerləşən 4 yaşayış binası, rayonun Quləbənd kəndi ərazisində yerləşən 16 mənzilli yaşayış binası, Oğuz küçəsində yerləşən “Beynəlxalq Bank”ın rayon filialının inzibati binası, Koroğlu küçəsində yaşayış evlərinin ön giriş hissələri, marketlər, xidmət obyektləri Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmişdir.

04 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Yuxarı Şilyan kənd sakini 1953-cü ildə anadan olmuş Məcnunova Xanım Tacəddin qızı yaşadığı evdə ziyarət edilərək problemi ilə maraqlanılmış, pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrəsi götürülmüşdür.

Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 110 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.

Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 34 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 28 nəfərinə xidmət göstərilib.
Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.

Rayon ərazisində bəzi yerlərdə karantin qaydalarını pozan 6 nəfər şəxsi nəqliyyat vasitələrinin sürücüləri və 7 nəfər vətəndaş intizama dəvət olunmuş, onlar evlərinə yola salınmışlar. Xüsusi karantin rejiminin tələblərini pozan 10 nəfər inzibati qaydada cərimələnmişlər.

Oğuz küçəsi ərazisindəki dairədə bir qrup vətəndaş arasında mobil qrupun üzvləri tərəfindən izahedici söhbət aparılmış, xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkətləri təmin edilmişdir.

Mobil qruplar mütəmadi şəkildə vətəndaşların evdə qalmaları üçün küçələri gəzərək təbliğat aparırlar. Rayon İcra Hakimiyyətinin Başçısı və digər məsul işçilər də müntəzəm şəkildə mobil qruplarla birlikdə əhali arasında maarifləndici iş aparırlar.

Polis əməkdaşları mütəmadi qaydada küçələri gəzərək səsgücləndiricilər vasitəsilə əhalini qorunmaq üçün evdən çıxmamağa cağırır.

Rayonun giriş-çıxışlarına postlar qurularaq giriş-çıxışlar məhdudlaşdırılmışdır.

Hazırda dövlət orqanları, mobil qruplar əlaqəli iş quraraq xüsusi karantin rejimini təmin edirlər.

Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


“Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi və 6 təcili yardım maşını, Ucar şəhəri, Heydər Əliyev prospekti və Oğuz küçəsindəki çörək sexi, “Kapital Bank”ın və “Beynəlxalq Bank”ın rayon filialları, ticarət obyektləri, səkilər, dördyol adlanan ərazidə yerləşən yerüstü keçid dezinfeksiya edilmişdir. 28 May, Şəhriyar küçələri dezinfeksiya məhlulu ilə yuyulub, həmin ərazilərdə “Fin evləri” adlanan qəsəbə dezinfeksiya edilmişdir. Ucar şəhəri, Heydər Əliyev prospektində 3, Oğuz küçəsində 2, Dədə Qorqud küçəsində 2 yaşayış binası dezinfeksiya edilmişdir.

03 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Qazıqumlaq kənd sakini 1934-cü ildə anadan olmuş Zakirova Minə Abduləziz qızı yaşadığı evdə ziyarət edilərək problemi ilə maraqlanılmış, pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrəsi götürülmüşdür.

Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 110 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və ehtiyac olduğu təqdirdə dərhal müvafiq köməklik göstərilir.

Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 34 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 20 nəfərinə xidmət göstərilib.

Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.

Azərbaycan Respublikasında koronovirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə, sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün Ucar rayonu ərazisində zəruri tədbirlər görülməkdədir.

Rayon ərazisində bəzi yerlərdə karantin qaydalarını pozan 5 nəfər şəxsi nəqliyyat vasitələrinin sürücüləri və 8 nəfər vətəndaş intizama dəvət olunmuş, onlar evlərinə yola salınmışlar. Xüsusi karantin rejiminin tələblərini pozan 5 nəfər inzibati qaydada cərimələnmişlər.

“SƏC” ticarət mərkəzində bir qrup vətəndaş arasında mobil qrupun üzvləri tərəfindən izahedici söhbət aparılmış, xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkətləri təmin edilmişdir.
Mobil qruplar mütəmadi şəkildə vətəndaşların evdə qalmaları üçün küçələri gəzərək təbliğat aparırlar. Rayon İcra Hakimiyyətinin Başçısı və digər məsul işçilər də müntəzəm şəkildə mobil qruplarla birlikdə əhali arasında maarifləndici iş aparırlar.

Polis əməkdaşları mütəmadi qaydada küçələri gəzərək səsgücləndiricilər vasitəsilə əhalini qorunmaq üçün evdən çıxmamağa cağırır.

Rayonun giriş-çıxışlarına postlar qurularaq giriş-çıxışlar məhdudlaşdırılmışdır.

Hazırda dövlət orqanları, mobil qruplar əlaqəli iş quraraq xüsusi karantin rejimini təmin edirlər.


Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ucar rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?