Azərbaycanda karantin rejimində evdən çıxma qaydaları açıqlanır — CANLI YAYIM
Tarix:3-04-2020, 13:23
Baxış Sayı:530
Bu gün bütün hüquqi və fiziki şəxslərin xüsusi karantin rejimində evdən çıxma qaydalarının təmin edilməsi ilə bağlı icazələr sisteminin “ASAN xidmət” tərəfindən təqdimatı keçirilir. Qeyd edək ki, aprelin 5-dən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılır.
Artıq məlum olduğu kimi, vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. SMS-lər pulsuz olacaq.