veten informasiya agentliyi

Azərbaycanlı məşhurların GİZLİ XƏZİNƏLƏRİ - SİYAHI

Tarix:21-04-2017, 14:38
Baxış Sayı:681

Azərbaycanlı məşhurların GİZLİ XƏZİNƏLƏRİ - SİYAHI
















Sənət adamları həmişə müxtəlif kolleksiyaları ilə diqqət çəkib. Məsələn, Rusiyanın pop kraliçası Alla Puqaçova, Arnold Şvartsneger bahalı və retro avtomobil kolleksiyaları ilə məşhurdur. Dünyaca məşhur aktrisa Demi Mur gəlinciklər kolleksiyasına sahibdir. Bu kolleksiyada 10 min barbi və eyni miqdarda müxtəlif gəlinciklər var. Aktrisanın 1 milyon dollardan çox pul xərclədiyi kolleksiyasında brilyant və qızılla bəzədilmiş gəlinciklər də yer alıb.

Maraqlıdır, görəsən bizim məşhurlarımız hansı kolleksiyaya sahibdirlər?

Yeniçağ.az tanınmışların gizlin sərvətlərini üzə çıxarıb.

Xalq artisti, aktyor Ağaxan Salmanlı antik əşyalar toplayır. Kolleksiyaya 2-3 qədim samovar, yaşı 100-dən yuxarı olan 2 neft lampası, gümüş qab-qacaq, güzgü və qədim mebel daxildir. Dediyinə görə, bu əşyalar ona ata-anasından yadigar qalıb, onlara da ulu babalarından.

Əməkdar artist, aktyor Ənvər Həsənovun qədim əşyalardan ibarət kolleksiyası var. Aktyor 619 təsbeh, 47 qədim neft lampası, 120 ov bıçağı, rəsm əsərləri və nadir kitabların yer aldığı kolleksiyasını günü-gündən zənginləşdirir.

Əməkdar artist, müğənni Cavanşir Məmmədovun avtomobil kolleksiyası var. Kolleksiyada avtomobillərin sayı 50-yə yaxındır. Müğənni elə təkcə “Rolls Royce” markalı avtomobilinə 960 000 avro saymalı olub.

Şair Vüqar Əhmədin qədim və zəngin kitab kolleksiyası var. Kolleksiyada 3 mindən artıq kitabın yer aldığını deyən şair nə vaxtsa onları satmaq fikrində deyil. Kolleksiyada qədim Qurani- Kərim də var ki, şairin dediyinə görə onun qiyməti çox bahadır.

Əməkdar artist, aktrisa Xalidə Quliyeva xarici ölkələrin valyutalarını toplayır. Eyni zamanda antikvar əşyaları – Rumuniya istehsalı olan qədimi dolabı və samovarları var.

Əməkdar artist, aktyor Elman Rəfiyev əvvəllər kağız pullar yığıb. Eyni zamanda köhnə maqnitafon kasetləri, qələmlər və müxtəlif ölkələrin maqnitdən hazırlanan fiqurlarından ibarət kolleksiyası da var.

Tanınmış rejissor Rüfət Əsədov XX əsrin əvvəllərinə məxsus açıqcaları və I Dünya müharibəsi zamanı məktub kimi yazılmış açıqcalardan ibarət kolleksiyası var. Rejissor onları Sankt-Peterburqdan – bukinist mağazasından alıb. Satsa, bir ətək pul edər.

Gənc aktrisa Günel Məmmədova isə oyuncaq kolleksiyası toplayır. 1000-dən artıq oyuncağı olan aktrisa onları qoymağa yer də tapmır.

Aktrisa Cəmilə Tağızadənin xarici ölkələrin qəpiklərindən ibarət kolleksiyası var. Dostları hansı ölkəyə gedirsə, ona həmin ölkənin pul vahidlərini hədiyyə gətirir.

Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Bu şəxslərin pensiyaları artacaq
Bu şəxslərin pensiyaları artacaq
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub
İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub
Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı
Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı