veten informasiya agentliyi

Mahmudov malikanəsindən köçdü, mühafizəsini gücləndirdi - Nə baş verir?

Tarix:18-04-2017, 14:32
Baxış Sayı:653

Mahmudov malikanəsindən köçdü, mühafizəsini gücləndirdi - Nə baş verir?
















Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbəri Eldar Mahmudov şəxsi mühafizəsini gücləndirib

BakiPost.az-ın əldə etdiyi məlumata görə, sabiq nazir Nardarandakı imarətindən köçərək, Badamdardakı malikanəsinə yerləşib. MTN şefinin köç etdikdən mühafizəçilərinin sayını artırdığı qeyd olunur. Keçmiş nazir hətta vəzifədən getdikdən sonra işdən çıxardığı cangüdənlərini də işə qaytarıb.

Mühafizəçilərə imarətdən çox da uzağa getməmələri tapşırılıb. Onlar E.Mahmudovun villasında qalır, ərazidən ayrılmamaq məqsədilə idmanla məşğul olmaq üçün belə evin yaxınlığındakı "The Crescent Beach” və "Badamdar” oteldəki idman zallarına gedirlər.

MTN şefinin Nardarandan Badamdara köçməsinin səbəbləri açıqlanmasa da, onun qeyri-rəsmi ev dustağı olduğu bildirilir. Ölkədən çıxışı yasaqlanan sabiq nazirin Azərbaycan ərazisində də sərbəst hərəkəti məhdudlaşdırılıb. Lakin bir müddət əvvəl E.Mahmudovun Bakı küçələrindən birində öz maşınında göründüyü ilə bağlı məlumat yayılmışdı.

Eldar Mahmudovun Nardarandan köçməsinin və şəxsi mühafizəsini gücləndirməsinin səbəbləri ilə bağlı geniş araşdırmanı təqdim edəcəyik.

Qeyd edək ki, E.Mahmudov 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə rəhbər təyin olunub. 2015-ci il oktyabrın 17-də isə vəzifəsindən kənarlaşdırılıb. Daha sonra isə MTN ləğv edilib, nazirliyin vəzifəli şəxsləri işdən çıxarılıb, bir çoxu isə müxtəlif cinayətlərdə ittiham olunaraq həbs olunub. MTN-in yerində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi