veten informasiya agentliyi

ƏSMM rəhbəri Qarabağ veteranının sosial yardımını kəsib - Beyləqanda

Tarix:16-04-2017, 12:36
Baxış Sayı:736

ƏSMM rəhbəri Qarabağ veteranının sosial yardımını kəsib - Beyləqanda
















Beyləqan sakini, Qarabağ müharibəsi veteranı Atakişiyev Əlikişi Böyükişi oğlu dövlət tərəfindən ona ayrılmış ünvanlı sosial yardım müavinətinin kəsilməsindən şikayətçidir

Belə ki, 2016- cı ilin dekabr ayından Ə. Atakişiyevə xəbərdarlıq etmədən onun ünvanlı sosial yardım müavinətini heç bir əsas göstərmədən kəsiblər.

Bu barədə Ulus.Az-ın əldə etdiyi məlumatda deyilir. Ə.Atakişiyevin ailəsində üç məktəbli övladı və xəstə anası var.

Ancaq heç bir səbəb və əsas göstərmədən Qarabağ veteranına verilən sosial yardım kəsilib. Ağır vəziyyətdə yaşayan və dolanışıq yeri olmayan Atakişiyev bu ölkənin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda döyüşüb. Lakin Beyləqanda məmurlar ona təşəkkür olaraq sosial yardımını kəsirlər.

Beyləqanda ünvanlı sosial yardımların verilməsində dözülməz durum yaranıb.

Yardımların təyinatı sırf subyektiv əsaslarla aparılır, nəticədə isə doğurdan da həmin yardıma ehtiyacı olanlar kənarda qalır, yardım isə imkanlı şəxslərə verilir.
Narazılıq isə əsasən Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin şöbə müdirindəndir.

Bildirilir ki, yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur.

Bu gün Beyləqan ƏSMM direktoru Malik Mahmudovun işçiləri sosial yardım haqqı istəyirlər.

Malik Mahmudovun “maklerləri” avtomobili, torpağı, özəl işi, yaxşı gəliri olan şəxslərin sənədlərini istədikləri kimi saxtalaşdıraraq onlara ünvanlı sosial yardım verilməsini təmin ediblər.

Halbuki Qarabağ qazisi kimi yüzlərlə ünvanlı sosial yardıma ehtiyacı olan şəxslər var və onlar dövlətimizin bu yardımından məhz Malik Mahmudovların sayəsində məhrum olublar.

Yerli sakinlər nazir Səlim Müslümovdan kömək gözləyir və ƏSMM-də yoxlamalar aparılmasını xahiş edir. Onların sözlərinə görə, komissiya Mərkəzdə nöqsanları aşkarlaya bilər.

Qarşı tərəfi dinləməyə hazırıq.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?