veten informasiya agentliyi

Qazax Elektrik Şәbәkәsi rәsinin özbaşınalığı - ŞİKAYƏT

Tarix:12-04-2017, 13:35
Baxış Sayı:713

Qazax Elektrik Şәbәkәsi rәsinin özbaşınalığı - ŞİKAYƏT















Mәcburi köçkünlәrdәn işlәtmәdiklәri elektrik enerjisinin pulu tәlәb edilir "Gündәm Xәbәr" olaraq, vaxtaşırı müxtәlif rayonlarımızda mövcud olan sosial problemlәri işıqlandırmağa çalışırıq. Eyni zamanda bğlgәlәrdәn tez¬tez redaksiyamıza müxtәlif dövlәt qurumlarının qanunsuz әmәllәri, mәmur özbaşınalığı, yerlәrdә vәtәndaşlarımızın hüquqlarının kobud şәkildә pozulması ilә bağlı redaksiyamıza şikayәtlәr daxil olur. Bu şikayәtlәri araşdırır vә araşdırmanın nәticәlәri barәdә qәzatimizdә yazılar dәrc edirik. Hazırda haqqında bәhs edәcәyimiz problem isә Qazax rayonundan "Azәrişıq" Açıq Sәhmdar Cәmiyyәtinin Qazax rayon Elektrik Şәbәkәsinin fәaliyyәti, daha doğrusu yol verdiyi özbaşınalıqla bağlıdır. Belә ki, Qazax rayonunda yaşayan mәcburi köçkün ailәlәri "Azәrişıq" ASC¬nin yerli әmәkdaşları tәrәfindәn aldadılıb. Qazax rayonu, Әliağa Şıxlinski küçәsindә yerlәşәn 24 mәnzillik binada yaşayan mәcburi köçkünlәrin bildirdiyinә görә, "Azәrişıq" ASC¬nin yerli әmәkdaşları binada yaşayan sakinlәrin, daha dәqiq desәk, 24 mәnzilin elektrik sayğaclarını dәyişib. Bәs problem nәdәn ibarәtdir? Sakinlәrin bildirdiyinә görә, dәyişilәn sayğaclardakı rәqәmlәrlә sonradan verilәn qәbzlәdәki rәqәmlәr tamamilә uyğun gәlmir. Belә ki, sayğaclardan birindә son göstәrici1 1.864 kilovatt olsa da, verilәn qәbizdә abonentin 25,326 kilovatt elektrik enerjisi sәrf etdiyi göstәrilir. Digәr sakinlrә verilәn qәbzlәrlә bağlı da eyni vәziyyәtdir. Demәk olar ki, hәr saygacda sakinlәrin guya 13,00 kilovat artıq enerji sәrf etdiyi iddi olunur. Bu saxtakarlıq isә hәmin binada yaşayan mәcburi köçkünlәrin ciddi narazılığına sәbәb olub. Sakinlәrdәn aldığımız mәlumata görә, onlar mәsәlә ilә bağlı etirazlarını yerli elektrik şәbәkәsinin rәisi Elşadmüәllimә bildiriblәr. Lakin elektrik şәbәkәsinin rәisi mәcburi köçkünlәrin şikayәtinә kobud cavab verib. O, sakinlәrә deyib ki, kimә şikayәt edirsinizә edin, mәn mәsәlәni özüm bildiyim kimi hәll edәcәyәm, qәbzlәrdә göstәrilәn mәblәği ödәmәlisiniz. Bundan sonra mәcburi köçkünlәr Qazax rayon İcra Hakimiyyәtinin başçısı Rәcәb Babaşovun qәbulunda olub vә üzlәşdiklәri qanunsuzluqla bağlı ona şikayәtediblәr. Buna baxmayaraq, mәsәlә hәll olunmamış qalıb. Nә icra başçısı, nә dә Qazax rayon elektrik şәbәkәsinin rәisi sakinlәrin şikayәtini tәmin etmәk istәmirlәr.
Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı