veten informasiya agentliyi

Elmar Vəliyevdən Mehriban Əliyevaya ŞİKAYƏT OLUNDU

Tarix:7-04-2017, 14:47
Baxış Sayı:766

Elmar Vəliyevdən Mehriban Əliyevaya ŞİKAYƏT OLUNDU
















Gəncə şəhərinin bir qrup səhiyyə işçiləri Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya və surəti "Təzadlar"a ünvanlı dəhşət dolu şikayət göndəriblər. Aşağıda təqdim edilir:
-Çox hörmətli Mehriban xanım!
Əvvəla, icazə verin Sizi yeni məsuliyyətli vəzifəniz münasibətilə ürəkdən təbrik edək, Sizə gələcək fəaliyyətinizdə uğurlar diləyirik! Siz hər birimizin fəxrisiniz!
Hörmətli Mehriban xanım!
Artıq bir aya yaxındır ki, Hesablama Palatası Gəncə şəhər Səhiyyə İdarəsində yoxlamalar keçirir. Bu yoxlamaları bəhanə gətirərək Gəncə ş. İH-nin rəhbərliyi adəti üzrə, həmişə olduğu kimi, Gəncə ş. səhiyyə müəssisələrindən haqq istəyir, Gəncədə fəaliyyət göstərən hər bir xəstəxana 30-70 min manat arasında haqq verməlidir. Səbəb kimi də Hesablama Palatasını "razı salmaq üçün" rəhbərliyin Palataya verəcəyi rüşvət göstərilir. Gəncə həkimləri olaraq biz bəyan edirik, bu yalandır! Artıq cana doymuşuq rəhbərliyin orta əsrlərdəki kimi "xərac" yığmasından! Bu hal Gəncədə mütəmadi təkrarlanır, həkimlərin şərəf və ləyaqəti təhqir olunur, Baş həkimlər hədələnir, etiraz etmək istəyən həkimlərə təzyiq olunur, ixtisarlar və həbslərlə qorxudulurlar. Səhiyyə müəssisələrinin işçiləri təzyiq altında, qorxudularaq onlardan külli miqdarda haqq yığılmasına cəlb olunurlar. Məlum səbəblərdən həkimlər təqibə məruz qalacaqlarından qorxurlar. Gəncədən yığılan pulların müqabilində bu rəhbərlər Hacıkənd qəsəbəsində, Mixaylovka kəndində, Gəncə ş. 4 saylı orta məktəbin yanında və şəhərin digər yerlərində dəbdəbəli villalar, istirahət məkanları tikdirib. Mixaylovka kəndindəki villasında cins itləri üçün ayrıca ev tikilib, yeraltı üzmə hovuzu inşa edilib. Bu rəhbərin "Lexus" markalı zirehli avtomobilinin qiyməti yarım milyon manatdan çoxdur. Gəncənin həkim kollektivi acınacaqlı haldadır, bu korrupsionerlərin Gəncə xəstəxanalarından yığdığı haqq həkimləri cana doydurub. Sosial vəziyyətin onsuz da ağır olduğu Gəncədə səhiyyə işçilərinin təhqir edilməsi və onların təzyiqə məruz qalması həkimlərin etiraz aksiyalarına başlamasına səbəb olacaq. Sizdən xahiş edirik, bu məsələni ictimailəşdirin, səsimizi eşitsinlər. Biz həkimlər bu məktubu təzyiqdən və hədələrdən bezərək yazmışıq. Onsuz da həkim kimi kasıb həyatımızdan bezmişik, bu haqq yığımı da səbr kasamızı daşırdıb. Gəncə şəhər səhiyyəsinin acınacaqlı hala salınmasında məhz kimin "xidmətləri" xüsusi rol oynayıb, hamı yaxşı bilir.
Dərin hörmətlə:
Alçaldılmış və təhqir edilmiş Gəncə ş. səhiyyə işçiləri.
Redaksiyadan: şikayətdə konkret vəzifəli şəxsin adı dəfələrlə çəkilirdi, lakin redaksiya məhkəmə perspektivinin olmasını nəzərə alıb qarşı tərəfin mövqeyini öyrənənə kimi konteksdən çıxarmalı olduq.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı