veten informasiya agentliyi

Deputatın obyektində işçi haqqı yeyilir - FOTOFAKT

Tarix:1-04-2017, 13:45
Baxış Sayı:767

Deputatın obyektində işçi haqqı yeyilir - FOTOFAKT
















Xeyli vaxtdır “Ştutqart” mağazalar şəbəkəsində baş verən neqativ hallarla bağlı mətbuatda ciddi iradlar səslənir.
Mətbuata müraciət edən şikayətçilər 300 000 (üç yüz min) manat dəyərində olan əmlaklarının əllərindən hədə-qorxu ilə alınması barədə iddialıdırlar.
NUH.az portalı olaraq bu məsələni araşdırmaqda qərarlıyıq.
Araşdırma nəticəsində ciddi məlumatlar əldə etmişik. Və “Ştutqart” mağazalar şəbəkəsində baş verən neativ halları oxucuların nəzərinə çatdırırıq.
Yeri gəlmişkən, bir müddət öncə Kivnews.com portalı da “Ştutqart”la bağlı ciddi bir sənəd yaymışdı. Həmin sənəddə iki işçinin etdiyi mübahisəyə görə bir neçə şəxsin töhmət aldığı, hətta maaşlarının bir hissəsi cərimə olaraq tutulduğu vurğulanırdı.
Bu gün NUH.az-a şəbəkə ilə bağlı yeni bir sənəd daxil olub. “Ştutqart” MMC-nin direktoru Əfqan Abdullayevin imzası ilə təsdiqlənən həmin sənəddə işıqların yandırılmasına görə cərimə kəsilib. Bu zaman 3 nəfər işçi 100, 1 nəfər işçi isə 50 manat məbləğində cərimə olunub.
Şirkət iddia edə bilər ki, cərimələr daxili qərarla verilir və burada hansısa qanun pozuntusu yoxdur. Amma müxtəlif bəhanələrlə kütləvi şəkildə işçiləri cərimələmək, yolverilməzdir. Bu, sadəcə işçilər arasında sosial narazılıq yaratmaqdan başqa bir şey deyil.
Qeyd edək ki, hər kəs “Ştutqart” mağazalar şəbəkəsinin Milli Məclisə Masallıdan deputat seçilmiş Nəriman Əliyevə məxsus olduğunu bilir. Sadəcə olaraq millət vəkili hər bir sənədi bacısı oğlu Əfqan Abdullayevin adına rəsmiləşdirib. Və bu yolla ilə millət vəkili olaraq bizneslə məşğul olmadığını rəsmiləşdirib.


Deputatın obyektində işçi haqqı yeyilir - FOTOFAKT

Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Bu şəxslərin pensiyaları artacaq
Bu şəxslərin pensiyaları artacaq
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub
İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub
Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı
Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı