veten informasiya agentliyi

“Kristal Abşeron” müştəriləri aldadır - ŞOK FIRILDAQ

Tarix:30-03-2017, 10:32
Baxış Sayı:961

“Kristal Abşeron” müştəriləri aldadır - ŞOK FIRILDAQ















Azərbaycanın mənzil bazarında kifayət qədər aktiv olan "Kristal Abşeron” Mənzil-Tikinti Kooperativinin (MTK) Azərbaycan Beynəlxalq Bankı (ABB) adından yalan məlumat yaydığı üzə çıxıb. Bu, "Report”un apardığı araşdırma nəticəsində məlum olub.

Məsələ ondadır ki, tikinti şirkəti martın 17-də "Facebook” sosial şəbəkəsindəki səhifəsində 20 illik ipotekanın bərpa olunması barədə məlumat yayıb. Bununla da, ictimaiyyətdə bundan əvvəl əməkdaşlıq etdiyi ABB-nin yenidən 20 il müddətinə, illik 10%-lə və manatla kredit verməsi barədə fikir formalaşdırıb.

Araşdırma nəticəsində isə məlum olub ki, söhbət vətəndaşlarla 20 illik yeni müqavilənin bağlanmasından getmir. MTK müştərilərə vaxtilə ABB-nin maliyyə dəstəyi ilə kreditə verilmiş, hazırda da ipotekada olan, yəni kreditinin bir hissəsi ödənilmiş və geri qaytarılmış mənzilləri təklif edir.

Çünki, 20 illik ipoteka adı ilə təklif olunan evlərin heç birində müqavilənin müddəti 240 ay göstərilmir. Məsələn, şirkətin Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində satışa çıxardığı 68 kv. metrlik 3 otaqlı mənzilə görə 236 ay ödəniş etmək lazımdır. Yəni, mənzilin sahibi kreditə görə 4 ay ödəniş edib, sonra isə mənzildən imtina edib.

ABB-dən isə bir daha "Report”a bildirilib ki, hazırda yalnız "Azərbaycan İpoteka Fondu” ASC-nin xətti ilə ipoteka kreditləşməsi həyata keçirilib. Bankın öz vəsaiti hesabına, yəni daxili ipoteka proqramı çərçivəsində isə kredit verilmir.

"ABB yalnız mənzil krediti layihələri çərçivəsində tikinti şirkətlərindən mənzil almış müştərilərə onu satmaq imkanı yaradıb. Bundan ötrü lazımi sənədlərlə tikinti şirkətinə və banka müraciət edilməlidir”, - deyə kredit təşkilatından bildirilib.

Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Bu şəxslərin pensiyaları artacaq
Bu şəxslərin pensiyaları artacaq
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub
İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub
Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı
Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı