veten informasiya agentliyi

Moskvada Qarabağ məsələsinə baxan diplomat dəyişir

Tarix:29-07-2019, 12:39
Baxış Sayı:569

Moskvada Qarabağ məsələsinə baxan diplomat dəyişir

Rusiya Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsi və keçmiş sovet respublikalarındakı digər münaqişələrlə məşğul olan diplomat dəyişir. Bu vəzifəyə Rusiyanın Ermənistandakı keçmiş səfirinin təyin olunacağı gözlənilir.

Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, indiyədək bu münaqişələrlə məşğul olan xarici işlər nazirinin müavini Qriqori Karasin Federasiya Şurasının üzvlüyünə namizəd göstərilib. Onun yerini kimin tutacağı isə faktiki olaraq müəyyənləşib.

Belə ki, XİN-də yüksək posta hazırda üç nəfərin namizədliyi nəzərdən keçirilir. Onların içərisində əsas namizəd XİN-in konsulluq departamentinin rəhbəri İvan Volınkindir. 60 yaşlı Volınkin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, SSRİ-nin və sonradan Rusiyanın ABŞ, Yuqoslaviya Gürcüstan, Serbiya və Monteneqro, Makedoniyadakı səfirliklərində işləyib.



2009-2013-cü illərdə xarici işlər naziri Sergey Lavrovun köməkçisi, nazirliyin baş katibliyinin direktor müavini olub. 2013-2018-ci illərdə isə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.

Təcrübəli diplomat Qriqori Karasinin Federasiya Şurası üzvlüyünə namizədliyini Saxalin vilayətinin qubernatoru irəli sürüb. Avqust ayında onun 70 yaşı tamam olur. Karasinin uzun illərdir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları, o cümlədən Dnestryanı münaqişəni,

Belarusla müntəzəm olaraq baş qaldıran ticarət müharibəsini kurasiya edib. Rusiya XİN-də bu istiqamətdə işin spesifikası ondan ibarətdir ki, həmin ölkələrlə bağlı qərarlar əsasən Kremldə deyil, nazirlikdə qəbul edilir.

Paşinyanın partiyası qalib gəldi
Paşinyanın partiyası qalib gəldi
Azərbaycanda nəqliyyat pulsuz ola bilər?
Azərbaycanda nəqliyyat pulsuz ola bilər?
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
Dünyanı şok edən kəşf: Antarktida buzlarının altında elə bir şey tapıldı ki...
Dünyanı şok edən kəşf: Antarktida buzlarının altında elə bir şey tapıldı ki...
İnsanlar təhlükə altındadır - Hər il 1,5 milyon ölüm...
İnsanlar təhlükə altındadır - Hər il 1,5 milyon ölüm...
Səhər yuxulu və yorğun olursunuz? - Enerjinizi artırmağın sadə yolları
Səhər yuxulu və yorğun olursunuz? - Enerjinizi artırmağın sadə yolları
Ötən həftənin xronikası: 7 nəfərin meyiti tapıldı
Ötən həftənin xronikası: 7 nəfərin meyiti tapıldı
Rusiya səmasında kabus: 310 Ukrayna PUA-sı...
Rusiya səmasında kabus: 310 Ukrayna PUA-sı...