veten informasiya agentliyi

Zaqatala meşələri əsl mafiyanın əlindədir - ŞOK ANONS! - Cənab NAzirin nəzərinə

Tarix:25-05-2019, 11:10
Baxış Sayı:1 228

Zaqatala meşələri əsl mafiyanın əlindədir - ŞOK ANONS! - Cənab NAzirin nəzərinə
























via.az-a daxil olan şikayətdə bildirilir ki, Hacı adlı meşəbəyi Zaqatala meşələrini amansızcasına məhv edir. Rayonun təbii sərvəti olan meşələrə qaraşı bir müddətdir ki, "yaşıl soyqırım" davam edir.

Məlumatda bildirilir ki, Meşə Mühafizəsi və Bərpası İdarəsinin müdiri Zaqatala meşələrini gəlir mənbəyinə çevirib. Belə ki idarə müdiri nadir ağac növlərini kəsdirərək taxta-şalban və mebel sexlərinə satdırır. O, meşə gözətşilərindən də hər ay konkret məbləğdə rüşvət tələb edir ki, gözətçilər bu pulu çıxarmaq üçün ağaclara qənim kəsilirlər.

Mənbə bildirir ki, idarə müdiri Ekologiya və Təbii Sərvətlər nazirliyindən gələn yoxlamaların gözünə kül üfürmək üçün ağacları traktorlar vasitəsi ilə kökündən çıxartdırır. Sonra da həmin ağaclar "çəkic"ləyərək təbbi fəlakət nəticəsində yıxıldığını sənədləşdirir.

Meşələrdə əsasən qoz, çökə, palıd, vələs ağacları məhv edilir. Ancaq sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Hazırda Zaqatalada ondan çox mebel və qapı-pəncərə sexinin olduğu bildirilir.

Dəyərli oxucular!

Ümumiyyətlə, ətraf mühit və onun problemlərinin varlığı, hər zaman diqqət mərkəzində duran məsələlərdən biri olub. Odur ki, Zaqatalanın meşə zolaqlarında baş verən olayları, əmələ gələn fəsadları biz bundan sonra da diqqət mərkəzində saxlamağa çalışacağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Zaqatala meşələri əsl mafiyanın əlindədir - ŞOK ANONS! - Cənab NAzirin nəzərinəZaqatala meşələri əsl mafiyanın əlindədir - ŞOK ANONS! - Cənab NAzirin nəzərinəZaqatala meşələri əsl mafiyanın əlindədir - ŞOK ANONS! - Cənab NAzirin nəzərinə

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi