veten informasiya agentliyi

Heydər Əliyevin təltif etdiyi müharibə veteranı 4 körpəsi ilə daxmada - Şok video

Tarix:6-05-2019, 15:07
Baxış Sayı:877

Heydər Əliyevin təltif etdiyi müharibə veteranı 4 körpəsi ilə daxmada - Şok video













Firdovsi Hüseynov növbəti müharibə əlilidir ki, haqqını tam ala bilməyib. O, bu torpaqların bütövlüyü, bizim salamatlığımız, övladlarımızın təhlükəsiz yaşaması, vəzifələrində arxayın oturanların sağlığı üçün canını fəda etmiş şəxslərdən biridir.

Elə bunun nəticəsidir ki, mərhum prezident Heydər Əliyev tərəfindən 1996-da hərbi xidmətlərinə görə medalla təltif edilib.

Lakin 4 körpəsi ilə birotaqlı, şəraitsiz, xəstəlik saçan daxmada məskunlaşmış F.Hüseynova dövlət tərəfindən mənzil verilmir.




Bu barədə Sensasiya TV-yə danışan müharibə veteranı deyir ki, hazırda Bərdədə yaşayır. Ona nə sosial ünvanlı yardım ayrılıb, nə yerli icra hakimiyyəti tərəfindən köməklik olunub, nə də ev təminatı reallaşıb.

F.Hüseynov bildirir ki, Masallı rayonunda yoldaşının adına olan torpaq sahəsini bəhanə gətirib sosial yardım vermirlər. Ailəyə deyilir ki, həmin torpaqda əkin-biçin, dolanın.

Halbuki, Hüseynovlar Bərdədə yaşayır, Masallıya köçməsi mümkün deyil, mülkiyyətində bir torpağın olması isə çox xırda məsələdir. Faktiki olaraq, müharibə əlili 4 körpəsi ilə ağır vəziyyətdə yaşayır.

Gəl ki, H.Əliyevin təltif etdiyi qəhrəman mənzillə təmin edilmir, sosial yardım ala bilmir. Onun sözlərinə görə, Bərdənin icra başçısı Vidadi İsayev, icra nümayəndəsinə, deputat Zahid Oruca müraciət edib. Amma onun səsinə səs verən olmayıb.

Doğurdan da ürək ağrıdan mənzərədir ki, müharibə əlili hamıdan qabaq yaxşı şəraiti olan ev haqq etdiyi halda daxmada yaşamağa məhkum olub.

Ölkənin sərvətlərini talayan məmurlar, insanların haqlarını yeyənlər isə villalarda kef çəkirlər. F.Hüseynov bununla belə ümidini itirməyib.

O, inanır ki, xalqın dadına çatan prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və nazir Sahil Babayev tezliklə müharibə veteranının, üstəlik, Ulu öndərin təltif etdiyi şəxsin mənzil problemini həll edəcək.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı