veten informasiya agentliyi

İcra başçısı sənədli evləri sökdürür - FOTO

Tarix:13-03-2017, 14:44
Baxış Sayı:743

İcra başçısı sənədli evləri sökdürür - FOTO













Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 26-da söküntü işlərinə başlanılması sakinlərin ciddi narazılığına səbəb olub.

BakiPost.az xəbər verir ki, sakinlər binalarının qarşısındakı əlavə tikililərin sökülməsinə etiraz edirlər. Etirazçılardan biri - Ruslan Mehdiyevin saytımıza verdiyi məlumata görə, Nəsimi rayon İcra Hakimiyyətinin sifarişi ilə ərazidə yolu genişləndirmək adıyla 37 ailəlik binanın qarşısındakı sənədli tikililəri sökür. Bina sakinləri isə söküntü ilə bağlı heç bir kompensasiya ödənilməməsinə etiraz edirlər: "Buradakı bina 1889-cu ilin binasıdır. Evlər balacadır. Bu səbəbdən 1992-1993-cü illərdə sakinlər evlərinin qarşısında artımlar edib. Bu proses qanuni şəkildə olub. Yəni icra hakimiyyətindən və JEK-dən icazə alınıb. Kommunal ödənişlərin hamısı ödənilib. Hökumət icazə verdiyi üçün 30-40 kvadrat artım var. İndi isə gəlib həmin artımları sökürlər.

Səbəb isə Yusif Səfərovdan başlayaraq Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçəsi ilə 28 may küçəsini birləşdirmələridir. Deyirlər, plan binanın üstündən keçdiyi üçün sökülməlidir. Birinci dəfə gəldikləri zaman binanı sökəcəklərini dedilər. Hətta nə qədər kvadratdan pulun hesablanacağını da bildirdilər. Amma sonradan qeyd etdilər ki, pul yoxdur deyə yalnız artımı sökürük, artımın da sənədi olmadığı üçün pul verilməyəcək. Axı, bizim sənədlərimiz var. Əgər sökürlərsə, heç olmasa sakinlərə kompensasiya versinlər. Onu da verən yoxdur.

Bütün məsələ isə odur ki, binanın qarşısındakı artımları sökəndən sonra bina uçacaq. Çünki bina onsuz da qəzalı vəziyyətdədir”.

Zərərçəkən binanın qarşısında söküntü işlərinin başladığını vurğulayıb: "Nə kompensasiya verən, nə də gəlib maraqlanan var. "Azəravtoyol” ASC və icra hakimiyyətindən heç kim gəlib buradakı vəziyyətlə maraqlanmır. Yalnız fəhlələr söküntü işləri aparır.

Amma hazırda yolu bağlamışıq. Fəhlələri işləməyə qoymuruq”.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı açıqlamasında deyib ki, sakinlərin artırmalar üçün sənədləri varsa, bu, nəzərə alınacaq: "Vətəndaşın həmin artırılmış yaşayış sahəsi üçün hansısa sənədi varsa, təbii ki, qanunvericiliyə müvafiq olaraq fərdi qaydada yerli icra hakimiyyəti tərəfindən o məsələyə baxılacaq”.


İcra başçısı sənədli evləri sökdürür - FOTO
İcra başçısı sənədli evləri sökdürür - FOTO
İcra başçısı sənədli evləri sökdürür - FOTO
İcra başçısı sənədli evləri sökdürür - FOTO
İcra başçısı sənədli evləri sökdürür - FOTO
İcra başçısı sənədli evləri sökdürür - FOTO
İcra başçısı sənədli evləri sökdürür - FOTO
İcra başçısı sənədli evləri sökdürür - FOTO

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?