veten informasiya agentliyi

Göyçayda boruları kim oğurlayır? - ŞİKAYƏT

Tarix:7-03-2017, 10:41
Baxış Sayı:753

Göyçayda boruları kim oğurlayır? - ŞİKAYƏT












“Ağına-bozuna baxmadan qarşılarına çıxan boruları doğrayıb satırlar. İndi xəbər tutmuşam ki, mərhum atamın əmlakı olmuş borular da oğurlanıb satılıb. Əmlakımızı oğurlayıb satanlar bəlli olsa da, cəzalandırılmır”.

Rusiya Federasiyasının Nijni Novqorod şəhərində yaşayan Mehman Quliyev deyir ki, Göyçayda – Cərmədil dağında keçmiş kolxozun ərazisində olan və mərhum atasına məxsus 300 metr uzunluğunda boru oğurlanaraq satılıb. O, əvvəl elə düşünüb ki, borunu son vaxtlar kəndlərə darışmış oğrular “yoxa çıxarıb”. Ancaq sonradan məlum olub ki, əmlakı əmanət etdiyi dövlətin məmurları “oğurlayıb”:

“Evimizdə, həyətimizdə oğurluq olanda, dövlət qurumlarına müraciət edirik, təhlükəsizliyimizin qorunmasını, oğruların tapılıb cəzalandırılmasını istəyirik. İndi hər şey tərsinə olub. Əlindən qoyduğun yoxa çıxanda, ya hansısa məmurdan, ya da bələdiyyədən tapılır. Mərhum atam sovet vaxtı kolxozda işləyib. Kolxoz dağılandan sonra - əmlakı bölüşdürüləndə, atamın payına 300 metr boru düşüb. Təxminən 6 min manat dəyərində 300 metr boru idi. Bizim əmlakımız olmasına dair sənədimiz də var. Qaraməryəm bələdiyyəsi bizimlə razılaşdırmadan, halallığını almadan borunu çıxarıb Nazim və Elsevər adlı şəxslərə satıb”.

Martın 6-da Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehman Quliyevin evinə gələrək onunla söhbət edib. Mehman Quliyevin sözlərinə görə, həmin nümayəndə ona şikayətini geri götürməsini təklif edib: “Mənim rayonda bir sahəm var, təklif etdi ki, bu işdən əl çək, başçı sənə həmin sahəndə obyekt tikintisinə icazə versin. Razılaşmadım”.

Qaraməryəm bələdiyyəsinin sədri Fəqan Şamilov bildirib ki, sahələrdən su borularının kəsilib satılması ilə heç bir əlaqəsi yoxdur: “Bunu kimlər edir, bilirəm. Lazım olan yerə də məlumat verəcəyəm”.

Qaraməryəm kəndinin sakinləri daha əvvəllər də AzadlıqRadiosu-na əkin sahələrindən keçən su borularının qazılaraq çıxarıldığını və satıldığını bildirmişdilər. Onlar da bu işdə bələdiyyəni günahlandırmış, ancaq bələdiyyə sədri həmin məsələylə heç bir əlaqəsi olmadığını söyləmişdi.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı