veten informasiya agentliyi

Əziz Əzizov Yasamalı təzədən tikir: prezidentə şikayət olmasını sevmir...

Tarix:17-12-2018, 12:09
Baxış Sayı:789

Əziz Əzizov Yasamalı təzədən tikir: prezidentə şikayət olmasını sevmir...














Bakının Yasamal rayonu Əziz Əzizovun başçılıq etdiyi gündən dinamik bir tempdədir. Rayonda ötən dövrdən qalan işlər davam etdirilir, yeni layihələr həyata keçirilir, problemlər həll olunur.

Cahan.info xəbər verir ki, Ə.Əzizov prezidentin tapşırıqlarından irəli gələrək Yasamalda bir problem belə qalmaması üçün gecə-gündüz işləyir.

Payız-qış mövsümündə Yasamal rayonunun küçə və məhəllədaxili yollarının qardan təmizlənməsi üçün xüsusi qərargah yaradılıb, cavabdeh təşkilatlar müəyyənləşdirilib.

Rayondakı kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub, vacib olan duz və qum tədarükü görülüb.

Köçürülməsi nəzərdə tutulan 2010 yaşayış və qeyri-yaşayış obyektlərindən 1700-ə yaxın ünvanda daşınmaz əmlak sahibləri ilə razılaşma əldə edilib və müvafiq sənədləşmə əməliyyatları həyata keçirilərək alqı-satqıya təqdim olunub.

Yeni Yasamal yaşayış massivində yerləşən istirahət parkının yenidən qurulduğunu, bir sıra binaların qarşısında 16-dan çox yeni abad məhəllənin salındığını qeyd etmək lazımdır.

Eyni zamanda, Xarici Dairəvi yoldan başlayaraq “MİDA” MMC-nin ərazisindən keçərək A.M.Şərifzadə küçəsinə çıxışı təmin edəcək N.Hikmət küçəsinin davamı layihəsinin icrasının başa çatmaq üzrədir.

Ə.Əzizov Yasamalı qarış-qarış gəzir, küçə-küçə, qapı-qapı sakinlərin problemlərini öyrənir, vətəndaşlarla görüşlər keçirir, onların şikayət və çətinliklərinin həlli üçün yerindəcə göstəriş verir, narazılığın yuxarı instansiyalara getməsinə şərait yaratmır.

Bu da məhz prezidentin görmək istədiyi məmur xidmətidir. Dövlət başçısına hansısa yol, torpaq, işıqlanma və ya bir məmurun özbaşınalığı haqda şikayət getməməlidir.

Prezidentin mühüm işləri var, səfərləri olur, böyük layihələr həyata keçirilir. Belə məqamda sadə vətəndaşın adi bir sosial məsələyə görə də prezidentdən kömək gözləməsi artıq yerlərə təyin edilən vəzifəlinin işləməməyini təsdiqləyir.

O baxımdan Ə.Əzizov Yasamal sakinlərinin dərd-sərinə heç zaman biganə qalmır, insanları dinləyir, böyük bir rayonun yenidən qurulması kimi məsuliyyəti üzərinə götürüb.

Artıq il ərzində 31 yaşayış binasında 14849 kvadratmetr müxtəlif materiallardan olan dam örtüyü təmir edilib, 26-dan çox yaşayış binasının aşağı paylayıcı istilik xətlərində cari təmir işləri aparılıb.

Həmçinin Ə.Əhmədov küçəsinin yenidən qurulması, M.Xiyabani, D.Bünyadzadə və Murad Mirzəyev küçələrinin asfaltlanması və səkilərin bərpası, Ş.Mehdiyev küçəsinin bir hissəsinin əsaslı təmiri və digər hissəsinin asfaltlanması işləri görülüb.

Adı çəkilən küçələrin ətrafındakı yaşayış binalarının fasadları müasir üslubda yenidən qurulub. Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Yasamal rayonunda da davamlı xarakter alıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 16 noyabr tarixində Gəncə şəhərində keçirilən bilik yarışmasında respublikamızın 9 rayonundan olan məktəblilər öz bilik və bacarığını nümayiş etdiriblər.

Yasamal rayonunun məktəbliləri daha yaxşı intellekt nümayiş etdirərək bütün mərhələlərdə qalib gələrək 1-ci yerin sahibi olublar. İcra başçısı Z.Xəlilov və Ə.Cəmil küçəsndə yaşayan sakinlərlə, Dadaş Bünyadzadə küçəsi 11 D ünvanında yerləşən Xeyir Şər evində 1 saylı binanın sakinləri ilə, “Sovetski” camaatı ilə görüşlər keçirir, əhalini dinləyir.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?