veten informasiya agentliyi

Bakı Dövlət Universitetində istefalar başladı – SABİQ REKTORUN “SAĞ ƏLİ” DƏ UNİVERSİTETDƏN ƏŞYALARINI DAŞIDI

Tarix:19-11-2018, 13:17
Baxış Sayı:592

Bakı Dövlət Universitetində istefalar başladı – SABİQ REKTORUN “SAĞ ƏLİ” DƏ UNİVERSİTETDƏN ƏŞYALARINI DAŞIDI














Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı ilə istefaya göndərildikdən sonra, yaxın ətrafında ciddi narahatçılıq başlayıb

Sabiq rektora yaxın şəxslərin bəziləri artıq istefa vermək qərarına gəliblər. Bunlardan biri kimi A.Məhərrəmovun universitetdəki ən yaxın adamlarından biri kimi tanınan İsmayaıl Əliyevin adı çəklilir.

Bu haqda informasiya verən mənbə deyir ki, BDU-nun Elmi işlər üzrə keçmiş prorektoru, hazırda rektorun müşaviri vəzifəsini daşıyan İsmayıl Əliyev bu gün şəxsi əşyalarını yığaraq universiteti tərk edib. O, çıxarkən bildirib ki, həftənin birinci günü gəlib istefa ərizəsini yazacaq və bununla da BDU-dakı fəaliyyətinə son qoyacaq.

Xatırladaq ki, srağagün BDU-nun sabiq rektoru Abel Məhərrəmovun da şəxsi əşyalarını universitetdən daşıdığı haqda məlumat vermişdik. Qeyd etmişdik ki, bundan öncə BDU-nun İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlının göstəriş ilə universitetin əsas korpusunun birinci, ikinci və üçüncü mərtəbələrindəki bütün kameralar söndürülüb. Daha sonra A.Məhərrəmovun 18 illlik rektorluğu dönəmində aldığı hədiyyələri və digər şəxsi əşyaları öz otağından çıxarılıb.

Onu da xatırladaq ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub.

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı