veten informasiya agentliyi

Bakı Baş Gömrük İdarəsindən ÖZBAŞINALIQ - QALMAQAL

Tarix:10-11-2018, 14:06
Baxış Sayı:575

Bakı Baş Gömrük İdarəsindən ÖZBAŞINALIQ - QALMAQAL














“Aztexnika” MMC bu ilin iyulunda Azərbaycana vaqon və yük maşınları ilə İran İslam Respublikasından kafel və metlax gətirib. AzEuroNews.com-a verilən məlumatda deyilir ki, yükün gömrük rəsmiləşdirilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinə 9 iyul tarixli yük gömrük bəyannaməsi təqdim olunub. Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov yükün özünün heç bir əsas olmadan təyin etdiyi qiymətlər əsasında bəyan olunmasını tələb edib. 13 iyun 2013-cü il tarixli “Gömrük Tarifi haqqında” Qanun isə yükün rəsmiləşdirilməsi zamanı satıcı ilə alıcı arasında olan sövdələşmə qiymətinin əsas götürülməsini tələb edir. Ona görə də MMC rəsmiləri Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz tələbi ilə razılaşmayıblar.

Gömrük rəsmilərinə 13 iyun 2013-cü il “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsində gömrük dəyərinin müəyyən edilməsi üsulları kimi 6 üsul göstərilməsini xatırladıblar. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Qanunda 12.2-1=2 bəndi yoxdur və həmin bənddə “gömrükçülər mala hansı qiyməti qoyurlarsa, həmin qiymətlə də rəsmiləşdirirlər” kimi qeyd də müvafiq olaraq yoxdur! Məhkəməyə üz tutan MMC rəsmiləri iddialarında qeyd ediblər ki, cavabdeh tərəfindən həmin mallar heç bir əsas olmadan saxlanılır. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün tələb olunan sənədlər təqdim edilməsinə baxmayaraq, cavabdeh qeyd edilən yükü buraxmaqdan qanunsuz və əsassız olaraq imtina edir.

1 saylı İnzibati-İqtisadi Məhkəməsi 3 oktyabr 2018-cı il tarixlı Qərardadında – müvəqqəti xarakterli müdafiə tədbiri qismində “Aztexnika” MMC-nin ünvana İran İslam Respublikasından daxil olmuş yükün rəsmiləşdirilməsi öhdəliyi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyub. Qərardadın dərhal icra olunması məhkəmə qaydasında əmr edilsə də, Səbayel Rayon İcra və Probasiya şöbəsinin məmurları Bakı Baş Gömrük İdarəsi rəsmilərinin qarşısında aciz qalıblar. MMC direktoru Bakı Baş Gömrük İdarəsində baş verən qanunsuzluqların aradan qaldırılması üçün prezident İlham Əliyevə, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət edib.

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı