veten informasiya agentliyi

Uşaq bağçalarının ərzaq xərclərində qaranlıq korrupsiya - 6 dəfə artımın sirri...

Tarix:6-11-2018, 13:50
Baxış Sayı:728

Uşaq bağçalarının ərzaq xərclərində qaranlıq korrupsiya - 6 dəfə artımın sirri...














Hökumət gələn il üçün büdcədə uşaq bağçalarının ərzaq xərclərini 2018-ci ilə nisbətən birdən-birə 6 dəfəyə yaxın artıraraq 17 mln. manatdan 99.3 mln. manata çatdırıb.

Cahan.info-nun İqtisadiyyat Şöbəsi yazır ki, 2017-ci ildə bağçaların ərzağına 41.6 mln. manat xərclənib, 2018-ci ildə həmin xərclər 2.5 dəfə kəsilərək 17 mln. manata endirilib.

Sonra birdən-birə 6 dəfə artırılır. Əgər gerçəkdən də bağçalarda pis-yaxşı ərzaq alırlarsa, onların ərzağının pulu birdən-birə 2.5 dəfə azaldılanda necə qidalanıblar?

Uşaq bağçalarının fəaliyyətinin təmin edilməsi, o cümlədən ərzaq təchizatının təşkili yerli icra orqanlarının səlahiyyətindədir.

Bu qurumlar hesabatlı deyillər və tamamilə qapalıdırlar. Ona görə xərcləmə səlahiyyəti mümkün qədər məhdud, sərəncamlarında maliyyə nə qədər az olsa, o qədər yaxşıdır.

Hər uşaq il ərzində 210 gün qida almalıdır. Uşaqların qida normativləri isə Nazirlər Kabinetinin 19 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə təsdiqlənib.

Həmin qərarda 1-6 yaş intervalında hər bir yaş qrupu üzrə uşaqların hansı qidadan nə qədər istehlak etməli olduğu müəyyən edilir.

Həmin qərardakı normativlər əsasında bir uşağın il (210 gün) ərzində neçə manat dəyərində ərzaq istehlak etməli olduğu və 99.3 mln. manatla il ərzində neçə uşağa qulluq göstəriləcəyini müəyyən edilə bilər.

Bəzi iddialar belədir ki, 6 dəfə xərclərin artırılması mənimsəməyə, yeyintilərə xidmət edəcək. Çünki bağçaların ərzaq təminatından həmişə ciddi yeyinti faktları ortaya çıxıb.

Oktyabrda Hesablama Palatasının kollegiyası dövlət büdcəsindən 1 aprel 2016-cı il tarixdən 1 aprel 2018-ci il tarixədək olan dövrdə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edilib.

Məktəbəqədər təhsil müəssisələri üzrə 1 uşaq gününə düşən ərzaq xərci fərqli olub, eləcə də uşaqların yaş həddi üzrə qidalanmasının təşkili Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi texniki təhcizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə bəzi hallarda uyğun olmayıb.

Hesablama Palatasının kollegiyası Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, qərarda müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, o cümlədən, ərzaq məhsullarının alınması və silinməsi, həmçinin uşaqların yaş həddinə uyğun qidalanmasının təşkili prosesində təsdiq edilmiş normalara əməl edilməsi, həmçinin vəsaitlərin səmərəli istifadəsinin təmin olunması ilə bağlı tapşırıqlar verilib, görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat təqdim edilməsi məqsədilə qərarın surəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə göndərilib.

Mingəçevir Universitetində FACİƏ: Ölən var
Mingəçevir Universitetində FACİƏ: Ölən var
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Könül Qasımova yenidən həbs olundu
Könül Qasımova yenidən həbs olundu
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı