veten informasiya agentliyi

Rəfail Mehralıyevi kim əvəzləyəcək?

Tarix:27-09-2018, 10:49
Baxış Sayı:654

Rəfail Mehralıyevi kim əvəzləyəcək?














Bakı merinin birinci müavini təyin olunan Eldar Əzizov son günlər ciddi kadr islahatları ilə gündəmdədir. Artıq bəzi ciddi vəzifələrdə kadr dəyişikliyi edilib, bəzi strukturlarda da qaçılmazdır.

Bizimxeber.az-a daxil olan məlumata görə, növbə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə çatır.

Bildiyimiz kimi, sözügedən departamentin rəisi Rəfail Mehralıyevin adı çox ciddi qalmaqallarda hallanırdı. Hətta onun adının “MTN işi” cinayətində belə keçdiyi yazılırdı. O zaman postunu qorumağı bacaran R.Mehralıyevin bu dəfə belə bir şansının olmadığı açıq-aydın ortadadır.

Mənbə bildirir ki, yaxın günlərdə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentində köklü kadr islahatları aparılacaq. Departamentin rəisi Rəfail Mehralıyev və ona yaxın işçilər, MİS rəsiləri vəzifədən uzaqlaşdırılacaq.

Bu posta kimin təyin olunacağı barədə suallara aydınlıq gətirən mənbə bildirdi ki, bu Eldar Əzizovun səlahiyyətindədir və sözügedən posta daha səriştəli kadr təyin olunacaq.

Daha bir maraqlı fakt isə Rəfail Mehralıyevin diğər yüksək və pullu postlara yerləşdirdiyi kadrları ilə bağlıdır. İlk vurulan şəxsin, adı 400 minlik toy qalmaqalında keçən, milyonları hara gəldi xərcləyən “Bakı Lift-Təmir İstehsalat Birliyi”nin rəhbəri Qüdrət Şükürovun olması daha realdır.

Mənbə bildirir ki, Qüdrət Şükürov “yol üstündədir”. Onun vəzifəsi ilə vidalaşacağı an məsələsidir. İllərdir ona və hətta Rəfail Mehralıyevə dayaq duran müəyyən şəxslər də Eldar Əzizovun kadr islahatlarına müdaxilə edə bilmir.

Bakı şəhərindəki vəziyyəti konkret qaydasına qoymaq tapşırığı alan Eldar Əzizov paytaxtın inkişafına ziyan vura biləcək xəslərlə işləyə bilməyəcəyini və ən optimal yolun onlarla vidalaşmaq olduğunu əla bilir.

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb