veten informasiya agentliyi

Prezident onu bağışlayacaqmı? - "Ədalətinizə sığınıram"

Tarix:23-05-2018, 11:03
Baxış Sayı:567

Prezident onu bağışlayacaqmı? - "Ədalətinizə sığınıram"















Ağdam rayonu, Xıdırlı kəndində doğulan 65 yaşlı Behbudova Xatirə Şəkəralı qızı prezident İlham Əliyevə yenidən müraciət ünvanlyıb. Xatırladaq ki, oğlu həbsdə olan ana buna qədər bir neçə dəfə də müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə məcburi köçkün həyatı yaşayan X.Behbudova ağır xəstəlik keçirdiyini bildirir və hazırda həbsdə olan oğlunun əfv olunması üçün prezidentdən imdad diləyir.

Müraciətdə deyilir: "Hörmətli, cənab Prezident! Mən yurdundan didərgin düşmüş bir ana kimi Sidən kömək istəyirəm. Göydə ümidim Allah, yerdə isə ümidim Sizsiniz! Oğlum Behbudov Fuad Natiq oğlu Xətai rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Səbəbi bir neçə ağacın ev tikmək məqsədilə kəsilməsidir. Artıq dövlətə dəyən ziyan da ödənilib. Amma yenə də mən ananın gözləri yoldadır. Mən Sizdən bir ana, torpaqlarını itirmiş və indi də övlad həsrətilə yaşayan bir ana kimi oğlumun əfv olunmasına kömək etməniz üçün xahiş edirəm.

Cənab prezident! Sizə, Sizin böyüklüyünüzə sığınıram. Mənim balamın azadlığa çıxmasına köməklik edin. Bu yaxşılığınızı heç bir zaman unutmayacağıq. Yalvarıram. Dövlətimizin 100 illiyi münasibətilə veriləcək əfv fərmanı ilə mən ananı da sevindirin. Xətası böyük deyil. Amma cəzası mox böyükdür və onu övladımdan da artıq mən bir ana olaraq çəkirəm".

Hazırda ağır yataq xəstəsi olduğunu bildirən Xatirə Behbudova müraciətinin sonunda 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun övladının əfv ərizəsini qəbul etmədiyini də vurğulayıb: "Sanki hörmətli prezidentimizin əfv siyasəti kimlərinsə inhisarındadır. Mən bu işdə də prezidentimiz İlham Əliyevin böyüklüyünə və ədalətinə sığınıram".

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı