veten informasiya agentliyi

Seks qalmaqalındakı direktorun səs yazısı yayıldı: "Gəl də yanıma, məktəbdəyəm..."

Tarix:13-01-2017, 13:14
Baxış Sayı:787

Şəmkir kənd məktəbinin direktoru Akif Namazovun səsyazısı üzə çıxıb.

Məktəbdə laborant işləmiş Xatirə Əliyeva direktorun müəllimlərdən rüşvət almasını əks etdirən səsyazısını musavat.com-a təqdim edib.

Direktora aid olduğu iddia edilən səsyazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur: "Sənin işini, zad yoxdurmu, imtinanı ləğv etmək olar. Edəkmi deyirəm, imkan varmı? Zəng ediblər, deyirəm nazirlikdən... Ona baxmaq mümkündür.

İstəyirsən gəl, burda söhbət edək. Mən məktəbdəyəm. Telefon söhbəti deyil da bu... (qarşı tərəf: 5-ə gücüm çatmayacaq). Gəl də, yanıma gəl, telefon söhbəti deyil. Yaxşı 500... Edə bilərsənmi?.. Mən indi ora cavab verməliyəm, mənə vaxt veriblər. Nə qədər? Onda heç olmasa, bir 300 elə, deyim düzəltsinlər. Nə deyim indi mən? Onda çatdır, gətir. (qarşı tərəf: mənim indi imkanım yoxdur). Verməliyik də, getməlidir ora, (nazirliyi nəzərdə tutur) gələrdin burda söhbət edərdik”.

Xatırladaq ki, Şəmkirin M.Süleymanov adına Aşağı Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva redaksiyamıza müraciət edərək, məktəb direktoru haqqında ağır ittihamlar irəli sürmüşdü. Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb.

Məktəb direktoru isə ittihamlara cavab olaraq keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ittiham edib və onun buna görə işdən çıxarıldığını bildirib.

Təhsil Nazirliyi baş vermiş qalmaqal ilə bağlı ciddi araşdırma aparıldığı barədə məlumat yayıb. Ölkə.az saytının məlumata görə isə, direktor Akif Namazov artıq işdən azad edilib.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?