veten informasiya agentliyi

Ağcabədidə tanınmış və nüfuzlu şəxslər elektrik enerjisi oğurluğu ilə məşğul olur

Tarix:14-11-2017, 13:04
Baxış Sayı:801

Ağcabədidə tanınmış və nüfuzlu şəxslər elektrik enerjisi oğurluğu ilə məşğul olur













Ağcabədi rayonunda elektirk enerjisindən oğurluq edənlər arasında tanınmış və nüfuzlu şəxslər də var.
AZTB.info Report-a istinadən xəbər verir ki, bu barədə ARAN Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon Elektrik Şəbəkəsi tərəfindən sakinlərə edilən xəbərdarlıq elanında bu barədə qeyd olunub.
Xəbərdarlıq elanında həmçinin qeyd olunub ki, sayğacdan kənar elektrik enerjisindən istifadə hallarına qarşı mütamadi reydlər təşkil olunacaq: “Son zamanlar ARAN Regional Enerji Təchizatı və Satışı İdarəsinin nümayəndələrinin Ağcabədi rayonunda keçirtdiyi reydlər və anonim müraciətlər əsasında yerində aparılmış yoxlamalarda bir qrup istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə halları aşkar edilib. Belə istifadəçilər arasında hətta rayonda tanınmış və ya özünü nüfuzlu hesab edən şəxslər də var. Tərəfimizdən davamlı olaraq gündüz və gecə reydləri təşkil olunacaq! Belə reydlərdə aşkar olunan işıq oğurluğu hallarının video materialı bir sıra KİV-də içtimai qınağa təqdim edilməklə hüquq mühafizə orqanlarına veriləcək. Bu məsuliyyət elektrik enerjisindən sayğacdan kənar istifadə edən şəxslərin üzərinə düşür”.

Xəbərdarlıq elanında bildirilib ki, sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən oğurluq edənlərin ifşa edilməsində yadımçı olan şəxslər anonimliyi qorunmaqla mükafatlandiracaq.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı