veten informasiya agentliyi

İcra başçısı Kəmaləddin Heydərovdan kömək istədi

Tarix:31-10-2017, 13:18
Baxış Sayı:823

İcra başçısı Kəmaləddin Heydərovdan kömək istədi














Dünən axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib.

Rayon icra hakimiyyətindən "Qafqazinfo”ya daxil olan xəbərə görə, küləyin güclü olması nəticəsində yanğın daha da genişlənib. İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev baş vermiş yanğın məsələsi ilə bağlı qərargah yaradıb. Ə. Abıyev həmçinin hadisə yerində olub, müvafiq tapşırıqlar verib.

Xəbərdə qeyd olunur ki, yaxın kəndlərin sakinləri yanğının söndürülməsinə çalışır. "Amma buna baxmayaraq, mütləq aidiyyəti üzrə nazirliklər, xüsusi təyinatlı işçi qrupu tərəfindən yüksək dağ ətəyində yanan meşənin söndürülməsinə yanğınsöndürmə avtomobillərinin yaxınlaşa bilmədiyi yerlərə ancaq helikopter vasitəsilə kömək lazımdır. Hal-hazırda Dəstəfur kənd İƏDÜ nümayəndəliyində qərargah üzvləri yanğına qarşı görüləcək işləri planlı şəkildə həyata keçirir, bu dəhşətli yanğının qarşısını almağa səy göstərərək aidiyyəti nazirliklərdən də köməklik gözləyirlər.

Hazırda 11 hektardan artıq meşə ərazisi yanaraq təhlükəli vəziyyət yaranıb. Cəbhə bölgəsində sərhədə yaxın ərazidə bu kəndlərdə elektrik enerjisi və rabitə əlaqəsi kəsilib, işıqlar sönüb. Amma kənd sakinləri qaranlıq şəraitdə dözümlülük göstərərək Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə yanğının qarşısının alınmasına inamla, cəsarətlə çalışırlar və şübhəsiz ki, tezliklə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov lazımi köməklik göstərəcək və aidiyyəti üzrə qurumlara da yanğının qarşısının alınmasına dair müvafiq tapşırıqlarını verəcək”.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı