veten informasiya agentliyi

Cocuq Mərcanlıya köç başlayır - Fotolar

Tarix:4-07-2017, 14:49
Baxış Sayı:652

Cocuq Mərcanlıya köç başlayır - Fotolar

















Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının ikinci mərhələsinə start verilib. Kəndə onlarla kran və yük maşınları cəlb edilib

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov APA-ya açıqlamasında Cocuq Mərcanlıda 100 evin tikintisi üçün 17 hektar torpaq sahəsində təmizləmə işlərinin aparılacağını deyib. Kənddə yeni mənzillər, uşaq bağçası, 50 yerlik xəstəxana, inzibati bina, poçt məntəqəsi, eləcə də kommersiya obyektlərinin inşası nəzərdə tutulub.

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov APA-ya bildirib ki, Cocuq Mərcanlıda aparılan tikinti işlərinin ikinci mərhələsi də kənd sakinlərinin bütünlüklə evlə təmin olunmasına yetməyəcək: “Çünki əhalinin sayı kənd sakinlərinin buranı tərk etdikləri dövrlə müqayisədə iki dəfə artıb. Cocuq Mərcanlı ermənilərin nəzarətinə keçəndə ev hesabı ilə kənddə 209 ev, 250 təsərrüfat var idi. Amma bu gün 418 təsərrüfat, yəni ailə mövcuddur. Həmin dövrdə əhalinin sayı 1070 nəfər idisə, bu gün 1500-dək artıb”.

Qeyd edək ki, Cocuq Mərcanlının yenidən qurulmasının birinci mərhələsində inşa olunan 50 mənzilin sahibləri püşkatma yolu ilə müəyyənləşdirilib. Onların qəsəbəyə köçürülməsinə sabah başlanacaq.

Cocuq Mərcanlıya köç başlayır - Fotolar
Cocuq Mərcanlıya köç başlayır - Fotolar
Cocuq Mərcanlıya köç başlayır - Fotolar
Cocuq Mərcanlıya köç başlayır - Fotolar

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi