veten informasiya agentliyi

Ağcabədinin icra başçısının adından saxta məlumat yayıblar

Tarix:17-06-2020, 14:38
Baxış Sayı:846

Ağcabədinin icra başçısının adından saxta məlumat yayıblar


“Bu, həqiqətə uyğun olmayan bir məlumatdır. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı belə bir açıqlama verməyib. Bu tip saytlar ayrı-ayrı sifarişləri yerinə yetirən şəxslər tərəfindən idarə olunur”.
Bu fikirlər Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən saytımıza göndərilən açıqlamada yer alıb. Bildirilir ki, “Gununsesiaz.info” saytında icra başçısının adından açıqlama yerləşdirilib. Qeyd olunur ki, Rafil Hüseynov bu sayta açıqlama verməyib və onun adından yazılanlar böhtandır. Məlumatda o da vurğulanır ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının adından yayılan saxta məlumatla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək: “Hesab edirik ki, bu tip təxribatlar ölkəmizdəki ictimai-siyasi sabitliyi zəiflətmək üçün atılır. Belə böhtan xarakterli məlumatları sifariş verənlər və onları yayanlar cəzalandırılmalıdır ki, Azərbaycandakı əmin-amanlığa, insanların təhlükəsiz şəraitdə yaşamasına, fəaliyyət göstərməsinə hər hansı xələl gəlməsin”.Xeberleragentliyi.com

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi