veten informasiya agentliyi

Bərdə Diaqnostika Mərkəzində pulsuz xidmət ləğv olunub - Maxinasiya

Tarix:17-04-2017, 10:54
Baxış Sayı:860

Bərdə Diaqnostika Mərkəzində pulsuz xidmət ləğv olunub - Maxinasiya















Bərdə Diaqnostika Mərkəzində baş verən özbaşınalıqlar davam edir. Baş həkim Həsən Hüseynovun yaratdığı mühit və idarəçilik sistemi pul üzərində qurulub. Pulsuz xidmət göstərməyən diaqnostika nə Səhiyyə Nazirliyindən, nə də ölkə rəhbərliyindən çəkinir

Əslən naxçıvanlı olan baş həkim heç kimi saymır, kobud danışığı ilə insanları acılayır, müraciətlərə baxmır.

Bu mərkəzdə hər şey pulludur. Qapıdan girəndən, çıxana qədər hər yerdə pul verməlisən. Səbəbi aydındır, baş həkim günlük haqq yığır. Hətta süpürgəçidən də. Bərdə Diaqnostika Mərkəzində hər işin öz qiyməti var.

Məsələn, müayinə 10 manatdan başlayıb, 50 manata qədər yüksələ bilər. Cərrahiyyə əməliyyatı isə ayrı bir müsibətdir.

Buradan sağ çıxmaq bir ayrı dərd olsa da, pulu bəribaşdan alan həkimlərdə insaf deyilən şey yoxdur. Adi əməliyyatlar 400 manatdan başlayıb, 5000 manata qədər yüksələ də bilər.

Ulus.Az xəbər verir ki, bir neçə il bundan əvvəl Regionların Sosial-İqtisadi İnkişafı Proqramı çərçivəsində Bərdə rayonunda da Müalicə-Diaqonostika Mərkəzi inşa edildi.

Regiondakı rayonların əhalisi üçün nəzərdə tutulmuş bu səhiyyə ocağına büdcədən 11 milyon manata yaxın pul da ayrılmışdı. İşlər görülüb, qurtardı və mərkəz istifadəyə verildi.

Lakin mərkəzdə baş verən özbaşınalıqlar, rüşvət və korrupsiya halları həkimləri peşəkarlıqdan uzaqlaşdırmaqla yanaşı, həm də vətəndaşların etimadını itirmələrinə gətirib çıxarıb.

Mərkəzə rəhbərlik edən Həsən Hüseynovun alverçi yanaşma tərzi, həkimlərdən aylıq haqq alma həvəsi və büdcə vəsaitlərini dağıtmaq üçün müxtəlif vasitələrdən yararlanması Bərdə və onun ətrafındakı əhalinin İrana üz tutmasına gətirib çıxarıb.

Bərdə Müalicə-Diaqonostika Mərkəzində büdcə vəsaitlərinin dağıdılması və mənimsənilməsinin xəritəsi elə tenderlər vasitəsi ilə həyata keçirilmiş proseslərdən də aydın görünür.

Məsələn, maraqlıdır ki, bir ildən artıqdır istifadəyə verilmiş Bərdə Müalicə Diaqnostika Mərkəzinin ötən il cari təmir işlərinə ehtiyac yaranır. Və bu işi "Okean-13" MMC ilə həyata keçirən mərkəzin rəhbəri büdcədən 4800 manat pul da götürüb.

Qeyd edək ki, Həsən Hüseynov büdcədən ayrılmış pulların böyük qismini özünə götürmək üçün yaxından tanıdığı və uzunmüddətdir əlbir olduğu şəxslərin şirkətlərindən yararlanıb. Onlardan biri də tikinti işləri ilə məşğul olan "Uğurlu İnşaat" LTD-dir ki, baş həkim onlardan mebel alıb.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?