veten informasiya agentliyi

Gəncədə sosial müavinətlər İslam Oyunlarına görə verilmir? - İttihamlar

Tarix:16-04-2017, 11:52
Baxış Sayı:696

Gəncədə sosial müavinətlər İslam Oyunlarına görə verilmir? - İttihamlar















2017-ci ilin ilk aylarından ölkənin qərb bölgəsində yaşayan və ünvanlı dövlət sosial yardımı ( ÜDSY) alan aztəminatlı ailələrə vəsaitin ödənilməsində ciddi problemlər yaranıb

Bu barədə Ulus.Az-a verilən xəbərə görə, aylarla gecikdirilən maliyyələşmə prosesi sonda vətəndaşların bir qisminin bu imkandan məhrum edilməsi ilə sonunclanıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhərində fəaliyyət göstərən yerli qurumundan şikayətçilərə bildirilib ki, Novruz bayramı öncəsi bütün vəsaitlər ödəniləcək . Lakin aprel ayının ortaları olmasına baxmayaraq verilən vəd təmin olunmayıb.

Aztəminatlı ailələri təmsil edən vətəndaşlardan Orxan Məmmədov, Əminə Bayramova, Müşfiq Məmmədov və başqaları qeyd edirlər ki , onlarda olan məlumata görə, məmurlar tərəfindən həmin vəsaitlər mənimsənilib.

Şikayətçilər deyirlər ki, qarşıdan gələn İslam Oyunlarının keçirilməsi ilə əlaqədar sosial yardımların bir müddət vətəndaşlara verilməyəcəyi ilə bağlı söz-söhbətlər dolaşır

Yerli məmurlar şikayətçilərə deyiblər ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “ 142 ” nömrəli “ Qaynar Xəttinə müraciət etsinlər. Son vaxtlar bu xidmət demək olar ki, aktiv deyil.

Dəqiqələrlə gözləyən şikayətçinin operatorla əlaqəyə girməsi mümkün olmur və bu gözləmə zamanında isə dəqiqəsi 0.12 qəpik tarifi tətbiq edilməklə vətəndaşın mobil hesabından çıxılır.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı