veten informasiya agentliyi

Ucar Rayon İcra Hakimiyyətində qəribə olay - ETİRAZ

Tarix:8-03-2017, 13:50
Baxış Sayı:675

Ucar Rayon İcra Hakimiyyətində qəribə olay - ETİRAZ











Hörmətli «Təzadlar»!
Azərbaycan İqtisadiyyat Nazirliyinin və Prezident yanında Gənclər Fondunun Biznes inkubatoru layihəsi çərçivəsində Yevlax şəhərində "Biznes inkubatorların gənc sahibkarlığın inkişafında rolu" mövzusunda tədbir keçirildi. Bu tədbir haqqında İqtisadiyyat Nazirliyinin saytında yazılan informasiyada qeyd edilirdi ki, regionda bu sahədə təşəbbüskar gənclər iştirak ediblər. Lakin Ucar rayonundan layihədə konkret olaraq iştirak edənlərin hamısı rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə və müəssisə işçiləri olublar. Dövlət qulluqçusunun biznes inkubatorunda nə işi var axı? Bu məsələyə aydınlıq gətirilməsi üçün Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Mehdiyevlə telefon əlaqəsi saxlayıb sual verirəm ki, layihə haqqında maraqlanıram, deyir ki, yaxınlaşın icra hakimiyyətinə, əgər sizə maraqlıdırsa, sizi istiqamətləndirək Yevlax şəhərində yerləşən Regional İnkişaf Mərkəzinə.
Maraqlıdır, bəs bu dövlət qulluqçularının orda iştirak etməsini kim təşkil edib? Onlar iş vaxtı biznes inkubatorunda nə gəzirlər? Xalq üçün nəzərdə tutulan layihələrdə dövlət qulluqçuları özlərini tıxac edirlər, sonra da deyirlər ki, sizə maraqlıdırsa, gəlin sizi istiqamətləndirək. Bəs istiqamət verib o layihəyə yolladıqlarınızda Sizin marağınız nədir? Odur ki, bu yazını görən gənclərimizə bildirirəm ki, imkan verməyin sizin haqqınıza hansısa məmurlar soxulsun. Və bir də məmur olan gənclərimizdən xahiş edirəm ki, vətəndaşların, başqalarının yerinə özünüzü tıxac etməyin…
Vasif Abdullayev,
Ucar

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?