veten informasiya agentliyi

Bir icra başçısı üç nazirə problem yaradır - Elmar Vəliyev haqda yeni iddialar

Tarix:6-03-2017, 10:12
Baxış Sayı:736

Bir icra başçısı üç nazirə problem yaradır - Elmar Vəliyev haqda yeni iddialar

















Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vəsəhiyyə naziri Oqtay Şirəliyevlə ciddi sıxıntılar yaşayır.


Reyting.az-ın məlumatına görə, Elmar Vəliyev hər üç nazirin rəyini nəzərə almadan təhsil, səhiyyə və mədəniyyət idarələrinə öz kadrlarını yerləşdirmək istəyir. Lakin onun təqdimat verdiyi kadrların barəsində ciddi narazılıqların olması və çoxsaylı şikayətlərin davam etməsi nazirləri də çətin vəziyyətlə üzləşdirib. Çünki haqlarında bu qədər şikayətlər olan şəxsləri həmin vəzifələrə təyin etmək nazirlərin də nüfuzuna zərbədir. Ona görə də icra başçısının təqdimat və rəylərini nəzərə almaq istəmirlər. Bu isə şəhərdə digər problemin əsasını qoyur. Elə ötən ay Gəncə Dövlət Filarmoniyasının direktorunun təyinatı ilə bağlı yaranan böyük səs-küylü hadisələr də belə narazılıqlardan qaynaqlanır.

Məlumatlı şəxsin sözlərinə görə, Elmar Vəliyevin şəhərdə yerləşən universitet rektorlarını və məktəb direktorlarını da öz iradəsinə tabe etdirmək istəyi təhsil naziri Mikayıl Cabbarovun ciddi narazılığına səbəb olub. Lakin o da səhiyyə naziri Oqtay Şirəliyev kimi, hələ ki icra başçısına ciddi müqavimət göstərə bilmir. Hələlik çalışırlar ki, Elmar Vəliyevlə ortaq məxrəcə gəlib, vəziyyəti ictimai müzakirə olmadan həll eləsinlər. Ancaq görünən odur ki, nə Mikayıl Cabbarov, nə də Oqtay Şirəliyev onunla dil tapa bilmir.

Amma hər iki nazirdən fərqli olaraq, Əbülfəs Qarayev icra başçısının nazı ilə oynamaq niyyətində deyil: "O, ötən ay filarmoniyaya təyin etdiyi direktor Gülçin Mirzəyevanın Elmar Vəliyevin diqtəsi ilə Musiqi Kollecinin direktoru olarkən barəsində açılmış cinayət işinin bu günlərdə yenidən qabardılmasından sonra daha da qəzəblidir. Əminəm ki, Əbülfəs Qarayev sonadək icra başçısının rəyini nəzərə almadan nazirliyin şəhərdəki qurumlarına öz iradəsini qəbul etdirəcək. Məncə, yaxın aylarda Gəncə şəhər Mədəniyyət və turizm idarəsinin müdiri Sənan Hacıyevlə də yollar ayrılacaq. Təəssüf ki, eyni addımı təhsil və səhiyyə nazirləri ata bilmirlər. Hər iki nazirliyə tabe olan qurumların Gəncədəki rəhbər şəxsləri icra başçısının bir kəlməsini iki etmir”.

Məlumatda qeyd edilir ki, M.Cabbarovla O.Şirəliyevin E.Vəliyevin qarşında aciz davranmalarının bir sıra səbəbləri var.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?